Füzuli Məmmədov: "Mən ondan daha çox şey umuram"
"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov "Desna” (Ukrayna) ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına müsahibə verib:
- Füzuli müəllim, təlim-məşq toplanışına yekun vuruldu. Məşqçilər korpusundakı son dəyişiklikləri nəzərə alsaq, toplanışı necə dəyərləndirirsiz? Komanda hazırlıq prosesini necə başa vurdu?
- Ümumi götürsək, komanda təlim-məşq toplanışını normal keçirdi. Məşqçi dəyişikliyindən əvvəl də futbolçular hər şeyi maksimum etməyə çalışırdılar. Dəyişiklikdən sonra da onlara nə tapşırıq verirdimsə, hamısını ürəklə yerinə yetirirdilər. Toplanış, xüsusilədə son iki oyun bizim üçün çox faydalı oldu. Çünki güclü komandalara qarşı oynadıq. Kiyev "Dinamo”sunu təqdim etməyə ehtiyac yoxdur. "Desna”ya gəlincə, hazırda Ukrayna çempionatında 4-cü yeri tutur. Bununla belə, xarakterim elədir ki, məğlubiyyətlə heç vaxt barışmıram. Futbolçuların yaxşı və ya pis oyun göstərməsindən asılı olmayaraq, nəticə mənim üçün həmişə önəmli olub. Rəqib kim olursa-olsun, "Neftçi”də məni yalnız qələbə qane edə bilər.
- "Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Mario Fernandes Kastelyanodur. Düzdür, ispaniyalı mütəxəssis yeni gəlib. Bununla belə, onun işi ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Mario mənim üçün yeni məşqçidir. Bunadək tanımırdım. Amma əvvəllər Azərbaycanda, "Bakı” klubunda çalışan dövrdə özü haqda müsbət fikir formalaşdırıb. Artıq bir neçə gündür bizimlədir. Bacarığı, savadı və insani keyfiyyərləri haqda xoş sözlər deyə bilərəm. Üstəlik, xaraktercə mən istəyən bir insandır. Əminəm ki, bizə çox faydası dəyəcək. "Neftçi”nin uğuru üçün birlikdə çalışacağıq.
- Komandamızın yeni transferi, iranlı yarımmüdafiəçi Saman Nərimancahan haqda nə deyə bilərsiz?
- Nərimancahan hər üç yoxlama oyununda tapşırıqları maksimum yerinə yetirməyə çalışdı. Amma mən ondan daha çox şey umuram. Məsələn, bu gün Platellasa verdiyi ötürmədən hər hissədə azı bir-ikisini gözləyirəm. Oyunu üzərinə götürüb cərimə meydançasına daxil olmasını gözləyirəm. Bununla belə, komandamızda yeni olduğu üçün onu çox yükləmək də olmaz. Tez uyğunlaşması üçün necə can atdığını görürəm və bu məni sevindirir. Bilirəm ki, bu keyfiyyətdə olan futbolçu daha yaxşı oynamalıdır.
- Toplanışa əvəzedici komandadan cəlb olunmuş futbolçular barədə nə düşünürsüz? Onlardan hansı özünü daha yaxşı göstərməyi bacardı? Əvəzedicilərdən kimi əsas komandanın oyunlarında görə biləcəyik?
- Komandanı meydana baş məşqçi kimi çıxardığım son iki oyunda gənclərdən yalnız İsmayıl Zülfüqarlı ilə Turan Vəlizadəyə şans verdim. Bilirəm ki, çox potensiallı futbolçulardır. Özlərini yaxşı tərəfdən göstərdilər. İkisinə də güvənirəm. Rəsmi oyunlara əvəzedici heyətdən daha bir-iki futbolçu da dəvət edəcəyik. Məqsədimiz gənclərin bizə yalnız məşqlərdə kömək etməsi deyil. Oyunlarda da onlardan istifadə etməyə çalışacam.
- "Neftçi”sevərlər qış fasiləsindən sonra sizin rəhbərliyiniz altında "Neftçi”də hansı dəyişiklikləri görə biləcəklər?
- "Neftçi” azarkeşlərini çox gözəl anlayıram. Onlar Azərbaycanın ən çılğın fanatlarıdır. O azarkeşlər "Neftçi”dən yalnız qələbələr gözləyir ki, bu da normaldır. Çünki "Neftçi”nin azarkeşlərinə qələbə bəxş etməsi üçün hər şür şərait yaradılıb. Sınaq matçlarındakı nəticələr məni qane etmir, edə də bilməz. Biz azarkeşlərimizi yalnız və yalnız qələbələrimizlə sevindirməliyik. Əminəm ki, Allahın köməyi, bizim səylərimiz, düzgün seçimimiz, futbolçularımızın fədakarlığı və azarkeşlərimizin sonadək dəstəyi nəticəsində buna nail olacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |