"Barselona"da heyət problemi yaranıb

12.02.2020 | 5298 dəfə oxunub

Zədələr və diskvalifikasiyalarla üzləşən "Barselona"da heyətlə bağlı problemlər davam edir. Stadium.Az "As"a istinadən xəbər verir ki, Jerar Pike və Samuel Umtiti son məşq zamanı qrup məşğələlərində iştirak etməyiblər.

Bazar ertəsi fərdi qaydada məşq edən Pikenin cümə axşamı komandaya qoşulacağı və şənbə günü "Xetafe" ilə oynanılacaq matça kimi hazır olacağı bildirilir.

Umtitinin vəziyyəti daha mürəkkəbdi. Fransız futbolçunun fiziki durumu qənaətbəxş deyil. DÇ-2018-dən sonra əməliyyatdan imtina edən Umtiti hələ də problemlər yaşayır. Müdafiəçi hazırda dizindəki ağrılar səbəbindən müxtəlif prosedurlardan keçir.

"Xetafe" ilə görüşdə digər mərkəz müdafiəçisi Kleman Lanqle isə diskvalifikasiya səbəbindən oynaya bilməyəcək. "Barselona"nın baş məşqçisi Kike Setyenin Ronald Arauxoya şans verəcəyi gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail