"Qəbələ"də çilili hücumçu

12.02.2020 | 5599 dəfə oxunub

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” çilili hücumçu Rodriqo Qattasın keçidini rəsmiləşdirib. 29 yaşlı cənubi amerikalı ilə 1,5 illik müqavilə imzalanıb.

“Union Espanyola” klubunun yetirməsi olan forvard peşəkar karyerasına da bu komandada başlayıb. 2009-2013-cü illərdə adıçəkilən klubun üzvü olan Rodriqo sonradan vətənində “Union La Kalera” (2013-2014), “Kobreloa” (2014-2015), “Kobresal” (2015), “Santyaqo Morninq” (2016), “Reyncers” (2018) və “Santa Kruz”da (2019) çıxış edib. Legioner həyatında Fələstinin “Hilal Əl-Qüds” (2016-2017), Uruqvayın “Serro” (2017) klublarında oynamış Qattasın son komandası ötən il şərəfini qoruduğu Kanada təmsilçisi “York9” olub. Rodriqo Çili yığmasının da formasını geyinib. O, 2009-cu ildə ölkəsinin U-20 milli komandasında bir matça çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail