Sopiç Azərbaycan klublarını nədə günahlandırdı?

18.02.2020 | 5005 dəfə oxunub

"Sabah"ın xorvatiyalı baş məşqçisi Jelko Sopiç ölkəsinin mətbuatına açıqlama verib.

Stadium.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Azərbaycandakı transfer siyasətindən danışıb: "Azərbaycanda "Sabah" klubunu çalışdırıram. "Rudes"dən ayrıldıqdan sonra Zaqreb "Dinamo"sunun əvəzedici komandasında işlədim. Orada Dani Olmo, İvan Şunyiç və Yosip Brekalo kimi istedadlı futbolçuların üzə çıxmasında yaxından iştirak etdim. Azərbaycanda problem ondan ibarətdi ki, klublar bütün pulu yay "transfer pəncərəsi"ndə xərcləyirlər. Bundan sonra isə yeni komanda formalaşdırmaq mümkün olmur. Əlində olan oyunçularla kifayətlənməlisən. Qarşıya qoyulan vəzifəyə çatmaq üçün mübarizəmizi davam etdiririk. Burda vəziyyət Fransa və İspaniyadakı kimi deyil. Məsələn, siz öz büdcənizi yaxşı idarə etməlisiz”.

Sopiç "Sabah"ın fransalı futbolçuları Kevin Kubemba və Amadu Diallo haqda da fikirlərini bildirib: "Kubembanın ayağı sındığı üçün onu hələlik yalnız məşqlərdə görürəm. Diallo isə yaxşı reaksiyası olan sürətli futbolçudu. Sadəcə, atasının ölümünə görə şəxsi problemləri səbəbindən istədiyimiz oyunu göstərə bilmirdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail