Ayxan Abbasov Sezar Meza Kollinin milliləşdirilməsini istəmir

21.02.2020 | 5735 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Keşlə”nin paraqvaylı legioneri Sezar Meza Kollinin milliləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Stadium.Az saytına açıqlamasında gənc mütəxəssis bu qərardan narazılığı ifadə edib:

“Meza Kollini tanıyıram, mənim rəhbərliyim altında “Zirə”də oynayıb. Yaxşı futbolçudur. Amma mənə görə milliyə yeni baş məşqçisi təyin olunmamış kimisə milliləşdirmək tələsik addımdır. Bu gun bir çoxları deyir ki, Azərbaycan millisində pas verən 10 nömrə futbolçu yoxdur. Amma mən bununla razı deyiləm. “Neftçi”də Emin Mahmudov, Rəhman Hacıyev, “Sumqayıt”da Rəhim Sadıxov, Aleksye İsayev kimi oyunçularımız var. Bəlkə milliyə elə bir məşqçi gələcək ki, onun sistemində heç “10” nömrəyə ehtiyac olmayacaq”.
 
Ayxan Abbasov xatırladıb ki, bu gun dünyada bir çox yığmalar futbolçuları milliləşdirir:

“Amma məncə, bizdə o mövqe üçün futbolçu milliləşdirməyə ehtiyac yoxdur. Öz oyunçularımıza güvənməliyik. Dediyim kimi həmin mövqedə oynayacaq yaxşı yerli oyunçularımız var. Mətbuatda “Sumqayıt”ı qınaq obyektinə çevirmişdilər ki, “Sumqayıt” Rusiyadan, İsraildən futboçular gətirib milliləşdirir, azərbaycanlıların qarşısını kəsir. Amma Əmir Ağayev, Rəhim Sadıqov, Aleksey İsayev - bunların hər birinin azərbaycanlı kökü var. Bu gun sual verə bilərik ki, Meza Kollini milliləşdirməklə azərbaycanlının qarşısını kəsmirikmi? Maraqlı mövzudur. Yəqin fikirlər fərqli olacaq. Şəxsi fikrim budur ki, tələsməyə ehtiyac yoxdur. Əgər bu, hansısa klubun legionerinin milliləşdiriməsi üçün rol oynayırsa, onda belə qayda qoymaq olar ki, Azərbaycan çempionatında 5 il oynayan legioner yerli sayılsın. Mənim fikrimcə, bu gün millidə gənclərə üstünlük verməlyik. Bəlkə də indi nəticə baxımdan itirərik, amma gələcək üçün futbolçu qazanarıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail