İtaliyalı məşqçi: "Ümid edirəm ki, bu virus Azərbaycanda geniş yayılmayacaq"

16.03.2020 | 1091 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçi vəzifəsinə əsas namizədlərdən olan Canni de Byazi koronavirusla bağlı İtaliyadakı vəziyyət barədə danışıb. Stadium.Az xəbər verir ki, 64 yaşlı mütəxəssis bildirib ki, ölkədə vəziyyət mürəkkəbdir: 

"Ailəm və özümlə bağlı hər şey qaydasındadır. Karantində deyilik. Avropanın bir çox ölkəsində olduğu kimi, İtaliyada da durum ürəkaçan deyil. İnsanlar vaxtlarının böyük hissəsini evlərində keçirir. Çölə yalnız alış-veriş və dərman almaq üçün çıxırıq. Ölkədə ciddi tədbirlər görülür. İngiltərə kimi ölkələrdən fərqli, İtaliyada hamı yoxlanılır. Ümid edirəm ki, bu virus Azərbaycanda geniş yayılmayacaq".

De Byazi AFFA-dan 2 milyon avro istəməsi ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatların doğru olmadığını söyləyib. O, milli assosiasiya ilə danışıqların hansı mərhələdə olması barədə isə fikir bildirmək istəməyib.

Canni De Byazinin sonuncu iş yeri İspaniya "Alaves"i olub. O, 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı il Avropa çempionatına vəsiqə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.04.2020

31.03.2020

30.03.2020

29.03.2020

28.03.2020

27.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ