FIFA prezidenti: "İlk növbədə, koronavirusla "matç"dan qalib ayrılmalıyıq"

25.03.2020 | 357 dəfə oxunub

"Belə çətin dövrdə hamımızın bir ümumi böyük rəqibimiz var. Bu, COVID-19 koronavirusudur". Stadium.Az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino futbol ictimaiyyətinə müraciətində deyib.

O bildirib ki, futbol ictimaiyyəti həmrəylik, birlik nümayiş etdirməlidir: "Biz hamımız birgə, vahid komanda kimi işləməliyik. Bu, qlobal problemdir. Dünyəvi problemlər isə qlobal qərarlar tələb edir. Biz birlikdə işləməliyik. Koronavirusla mübarizə - bizim prioritetimizdir, futbol isə indi ikinci plana keçir. İlk növbədə, koronavirusla "matç"dan qalib ayrılmalı, sonra isə futbolla bağlı işlərə qayıtmalıyıq".

İnfantino gələcəyi düşündüklərini və futbola vurulan zərbəni qiymətləndirdiklərini, amma hazırda bunun prioritet olmadığını əlavə edib: "Biz bununla sonra məşğul olacaq və yeni ideyalarla, yarış formatları ilə qayıdacağıq. Lakin indi koronavirusla ümumi mübarizə vaxtıdır".

Koronavirus pandemiyası ilə əlaqədar Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula, Çempionlar Liqası və Avropa Liqası isə qeyri-müəyyən müddətə təxirə salınıb. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda bütün çempionatlar dayandırılıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ