PSJ Neymarın Maaşını yarıbayarı azaltdı

10.04.2020 | 4736 dəfə oxunub

Koronavirus pandemiyasının klublara vurduğu iqtisadi zərbəyə görə Fransada futbolçuların maaşı azaldılacaq.

Stadium.Az ESPN-ə istinadən xəbər verir ki, çempionatın yayımçı şirkəti olan “Canal+” və “beIN Sports”un klublara ödəmələri dayandırmasından sonra bununla bağlı hökumətə təklif göndərilib.
 
Fransa Peşəkar Futbolçular Assosiasiyası İqtisadiyyat və Maliyyə Nazirliyindən xahiş edib ki, futbolda mümkün maliyyə böhranından qaçmaq üçün oyunçuların maaşının müvəqqəti olaraq dərhal azadılması ilə bağlı qərar versin. Artıq tərəflər arasında bu məsələdə razılıq əldə edilib. Beləliklə, rəsmi qərardan sonra futbolçuların maaşında azalma faizi aşağıdakı kimi olacaq:

Ayda 10 min avroyadək maaş alan oyunçular  - azaldılmayacaq

Ayda 10-20 min avro alan oyunçular – 20 faiz

20-50 min avro alan oyunçular – 30 faiz

50-100 min avro alan oyunçular – 40 faiz

100 mindən çox avro alan oyunçular – 50 faiz

Beləliklə, qərar təsdiqlənəcəyi halda bundan ən çox Fransa Liqa 1-in ən bahalı oyunçusu (illik 31,6 milyon avro) Neymar ziyan çəkəcək. Onun maaşı yarıbayarı azaldılacaq. Əgər maaşlarda azalma aprel-may-iyun ayları üçün nəzərdə tutulsa, o zaman Neymar ən azı 4 milyon avro itirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail