"Meydanda özümü əclaf kimi aparıram və bununla fəxr edirəm"

22.05.2020 | 4191 dəfə oxunub

"Yuventus"un müdafiəçisi Corco Kellini DÇ-2014-də Uruqvayla keçirilən qarşılaşmada Luis Suareslə aralarında yaşanan insident barədə danışıb.

Stadium.Az xəbər verir ki, Kellini Suaresin belə hərəkətlərinə heyran olduğunu deyib.

O, özünün də uyğun xarakterə sahib olduğunu vurğulayıb: “Onun belə davranışlarına heyranam. Belə olmasaydı, Suares adi oyunçu olardı. Həmin gün DÇ-də qəribə heç nə baş vermədi.

Bütün oyun ərzində, demək olar ki, Kavanini izlədim və bir-birimizə güzəşt etmədik. Amma birdən hiss etdim ki, məni çiynimdən dişlədilər. Bu, Suaresin mübarizə zamanı strategiyasıdır.

Deyə bilərəm ki, mənim də strategiyam oxşardır. Biz Suareslə bənzərik. Belə hücumçular xoşuma gəlir. Oyundan bir neçə gün sonra ona zəng etdim. Amma onun üzr istəməyinə ehtiyac yox idi.

Mən də meydanda özümü əclaf kimi aparıram və bununla fəxr edirəm. Belə davranış, qəzəb idmanın bir hissəsidir. Bunu fırıldaqçılıq adlandırmazdım. Rəqibi məğlub etmək üçün nələrsə “ixtira” etməlisən”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail