Vəli Qasımov: "Bizim kimi içmək ispanların xoşlarına gəlməmişdi"

26.05.2020 | 4608 dəfə oxunub

Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov vaxtilə çıxış etdiyi İspaniya "Betis"ində başına gələn maraqlı əhvalatı xatırlayıb.

Stadium.Az xəbər verir ki, veteran hücumçu "Championat" nəşrinə açıqlamasında komanda yoldaşları ilə yaxşı məclis təşkil etdiklərini və spirtli içki içdiklərini etiraf edib.

O bildirib ki, həmin yığıncaqdan sonra ispaniyalı futbolçular şikayətləniblər: "Komanda ilə tez-tez danışırdıq. Bir dəfə yaxşıca yeyib-içdik. Səhəri gün ispaniyalılar baş ağrısından şikayət edirdilər. Onlar deyirdilər ki, hətta içdikləri süd də onlara kömək etməyib. Sual verdilər ki, bu cür necə içirsiniz? Siz dəlisiniz. Bir sözlə, bizim kimi içmək xoşlarına gəlməmişdi".

Qasımovun sözlərinə görə, həmin gün elə də çox içki qəbul etməyiblər: "Deməzdim ki, başımız ağrıyacaq qədər çox içdik. Hər şey orta səviyyədə idi. Səhər özümü yaxşı hiss edirdim. Əsasən həftə sonları oyunlardan sonra restoranlarda yığışırdıq. İnsanlardan gizlənmək üçün VİP zonalarda otururduq. Orada sadəcə, restorana gedib sakit oturmaq mümkün deyildi. İnsanlar daim yaxınlaşıb avtoqraf istəyirdilər".

1992-ci ilin ilk yarısını "Spartak"da keçirən Vəli Qasımov 6 oyunda meydana çıxsa da, qol vura bilməyib. Mövsümün ikinci hissəsində isə "Dinamo"da çıxış edən sabiq hücumçu 16 oyunda 17 dəfə fərqlənərək çempionatın bombardiri olub. Moskva təmsilçisindən sonra İspaniya "Betis"inə keçən veteran futbolçu bu ölkənin "Albasete", "Esixa", "Vitoriya" və "İmortal" klublarının formasının geyinib. Azərbaycanda isə Qasımov "Neftçi"də çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail