Daha bir ingilis klubu Koutinyo ilə danışıqlara başladı

27.05.2020 | 4437 dəfə oxunub

"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər. Stadium.Az xəbər verir ki, "Nyukasl" Koutinyonun xidmətində maraqlıdı.

Artıq tərəflər arasında danışıqlar başlayıb. "Sağsağanlar"ın potensial sahiblərinin transfer siyahısının ilk sıralarında braziliyalı futbolçunun adı var.

"Nyukasl"ın sahibi Mayk Eşlinin 300 milyon funt qarşılığında klubu Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salmana məxsus fonda satmağa razılıq verdiyi bildirilir. Satış hələlik Premyer Liqa rəhbərliyi tərəfindən təsdiqlənməyib.

"Bavariya"da icarə əsasında çıxış edən Koutinyo cari mövsümdə 9 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçunun xidmətində daha iki ingilis klubu - "Arsenal" və "Çelsi" də maraqlıdır. Hətta bir neçə gün əvvəl "Arsenal" nümayəndələri də Koutinyonun meneceri ilə danışıqlara başlamışdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail