Mbappe bu iki nəfərdən örnək alır

27.05.2020 | 4267 dəfə oxunub

PSJ-nin forvardı Kilian Mbappe özünə nümunə götürdüyü iki nəfərin adını açıqlayıb. Stadium.Az xəbər verir ki, gənc hücumçu "Real"ın baş məşqçisi Zinəddin Zidanla "Yuventus"un futbolçusu Kristiano Ronaldonu örnək aldığını bildirib:

"Zidanın qazandığı titullar mənim üçün nümunə idi. Sonra Ronaldo meydana çıxdı. O, bir çox kuboklar qazanıb və yenə də qalib olmağa davam edir. Hər ikisi futbol tarixində öz izlərini buraxıblar.

Mən də öz uğurumu yazmaq istəyirəm. Təbii ki, “qızıl top”u qazanmaq istərdim. Amma hər gecə bunu düşünmürəm. Mütləq gələn mövsüm və ya növbəti ÇL-i qazanmalıyam deyə bir şey yoxdur. PSJ və Fransa millisinin hədəflərini həmişə özümdən üstün tuturam”.

2019/20 mövsümündə Mbappe PSJ-də 33 oyun keçirib və 30 qol vurub. 21 yaşlı hücumçunun parislilərlə müqaviləsi 2022-ci ilin yayına qədərdir. "Real"a keçəcəyi iddia edilsə də, onun bu il PSJ-dən ayrılmayacağı bildirilir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail