"Neftçi" bu göstəricidə "Qarabağ"ı qabaqlayır

29.05.2020 | 4280 dəfə oxunub

Azərbaycan çempionatları tarixində 913 oyun böyükhesablı nəticə ilə başa çatıb. Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən yarışda ən çox belə qələbə qazanan komanda “Neftçi”dir.

Baklılar 127 dəfə rəqibini 3 və ya daha çox top fərqi ilə məğlub edib. Daha bir komandanın hesabında 100-dən çox böyükhesablı qələbə var. “Qarabağ” 107 matçda buna nail olub.

Ən çox böyükhesablı qələbə qazanan komandalar: “Neftçi” – 127, “Qarabağ” – 107, “Kəpəz” – 93, “Turan” – 59, “Keşlə” – 53, “Bakı” – 52, “Xəzər Lənkəran” – 42, “Şəmkir” – 38, “Xəzər” Sumqayıt, “Qəbələ” – 31.

Üç və ya daha çox top fərqilə alınan məğlubiyyət sayında antirekord MOİK-ə məxsusdur. Paytaxt klubu 52 ağır yenilgi alıb. Qusar “Şahdağ”ı ikinci, “Turan” üçüncüdür.

Ən çox böyükhesablı məğlubiyyət alan komandalar: MOİK – 52, “Şahdağ” Qusar - 45, “Turan” – 44, “Kəpəz” – 40, “Bakı” – 37, “Xəzər” Sumqayıt – 36, “Şəfa” – 30, “Qəbələ” – 27, “Viləş”, “Pambıqçı” B, “Kürmük”, “Bakılı” – 26.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail