Tayson: "Hər gün sekslə o qədər çox məşğul olurdum ki..."

29.05.2020 | 4667 dəfə oxunub

“Hər gün sekslə o qədər çox məşğul olurdum ki, yorğunluqdan idman zalına da gedə, məşq edə bilmirdim”. Stadium.Az xəbər verir ki, əfsanəvi boksçu Mayk Tayson belə deyib.

Ağır çəkidə sabiq dünya çempionu olan ABŞ təmsilçisi şəxsi həyatı ilə bağlı açıqlama verib. O bildirib ki, seksə bağlılığından heç vaxt əl çəkməyib.

Yenidən rinqə qayıtmaq niyyətində olan 53 yaşlı veteran İndianapolis həbsxanasına düşməzdən öncə gündə 15 qadınla cinsi əlaqədə olduğunu açıqlayıb.

1992-95-ci illərdə həbsdə olduğu zamanda kral kimi yaşadığını bildirən Tayson, orada da adətindən əl çəkməyib. Narkotik üzrə məsləhətçi xanımla macəra yaşayan boksçu yanına xeyli sayda qızlar da gətizdirib:

“O qədər sekslə məşğul olurdum ki, yorğunluqdan saatlarla öz kameramda yataqda uzanıb qalırdım. İndiki yaşımda artıq eyni gündə o qədər sayda qadınla yata bilmərəm. Amma buna baxmayaraq, yenə də yaxşı durumdayam. Bütün günü qadınlarla keçirmək, sekslə məşğul olmaq bu yaşda əvvəlki kimi şən deyil”.

“Dəmir Mayk” ləqəbi ilə tanınan Tayson 1987-90-cı illərdə mütləq dünya çempionu titulunun sahibi olub. O, WBC (1986—1990, 1996), WBA (1987—1990, 1996), IBF (1987—1990) və “The Ring” (1988—1990) versiyalarında planetin ən yaxşısı sayılıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail