Latviyada FİFA referisi qara dərili futbolçuya nə üçün orta barmağını göstərir? VİDEO

06.06.2020 | 5031 dəfə oxunub

Latviyada “Riqa” və “RFS Riqa” komandalarının yoxlama oyunu (0:2) zamanı beynəlxalq qalmaqala səbəb ola biləcək hadisə baş verib.

Stadium.Az xəbər verir ki, buna FİFA referisi Andris Treymanisin jesti səbəb olub. Kadrlardan görünür ki, hakim qaradərili futbolçu Sedrik Kaudioya qırmızı vərəqə və orta barmağını göstərir.

DÇ-2022-ni idarə etməyə Avropadan namizəd olan 35 yaşlı hakimin bu davranışı sosial şəbəkələrdə geniş müzakirə olunub və pislənilib. 

Amma məsələyə münasibət bildirən Andris Treymanis göstərdiyi jestin səbəbini açıqlayıb. O deyib: “Bu söhbətlərə son qoymaq üçün vəziyyəti izah etməli olacağam. Həmin epizod zamanı futbolçu rəqibə orta barmağını göstərdi. Məhz buna görə, qaydalara əsasən, onu qırmızı vərəqə ilə cəzalandırdım. Futbolçu “qırmızı”nı görədə bunun səbəbini başa düşmədi. Sözlə izahatımı başa düşmədiyi üçün onun etdiyi jesti təkrarlamalı oldum. Yəni bu, futbolçuya qarşı hərəkət deyildi. Sadəcə, oyunçuya nəyə görə cəzalandığını aydınlaşdırmaq istədim”.

Videokadrlarda da hakimin futbolçunu rəqibə orta barmağı göstərdiyi üçün cəzalandırdığı görünür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail