"Renat əsl cərimə meydançası hücumçusu olacaq"

06.07.2020 | 7658 dəfə oxunub

"Birmingem Mail" nəşrinin müxbiri Aleks Diken Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun "Coventry" klubuna mümkün keçidi barədə danışıb. Stadium.Az xəbər verir ki, o, 21 yaşlı hücumçunun fiziki gücünün yüksək olduğunu bildirib:

"Onu yaxından görənlər yalnız "Vulherhempton"un U-23 komandasının oyunlarını stadiondan izləyən qatı azarkeşlərdir. O, əsl cərimə meydançası hücumçusu olacaq. Enerjisindən düzgün yararlanır və əlavə güc sərf etmir. Çox sürətlidir, dar sahədə ayaqla yaxşı oynaya bildiyini dəfələrlə göstərib. Dadaşov qışda “Birmingem"in təklifini qəbul etməməklə doğru qərar verdi. Tanıdığı komandada qalmağa üstünlük verdi. Renatın göstəriciləri çox yüksəkdir. O, vaxtı ilə Almaniyanın aşağı yaşlılar üzrə yığmalarında özünü yaxşı tərəfdən göstərməyi bacarıb".

Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulherhempton"la 4 illik müqavilə imzalayıb. Forvard hələ əsas komandada debüt etməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail