"Qarabağ"ın Çempionlar Liqasındakı səbəbəti bəlli oldu

07.07.2020 | 5960 dəfə oxunub

“Qarabağ” Çempionlar Liqasının 2020/21 mövsümünün ilk 2 püşkatması zamanı səpələnmişlər səbətində olacaq.

Avqustun 9-da keçiriləcək 1-ci təsnifat mərhələsinin püşkatmasında Azərbaycan çempionu 5-ci yüksək reytinqli olacaq.

Əmsalı 21,000-a bərabər təmsilçimiz “Seltik” (Şotlandiya, 34,000), “Astana” (Qazaxıstan, 29,000), “Lüdoqorets” (Bolqarıstan, 26,000) və “Srvena Zvezda”dan (Serbiya, 22,750) geri qalır.

Ertəsi gün 2-ci təsnifat mərhələsində 17 cüt və mübarizəyə yeni qoşulacaq 3 komandanın rəqibləri bilinəcək. “Qarabağ”ın yer alacağı cüt yenə səpələnmiş olacaq. Burada təmsilçimiz gücünə görə 6-cı komanda sayılır.

Yuxarıda qeyd etdiyimiz 4 komandanın yer aldığı cütlərdən başqa Zaqreb “Dinamo”su da öndə qərarlaşacaq. Xorvatiya çempionunun əmsalı 33,500-dür.

Püşkü avqustun 31-də atılacaq 3-cü seçmə mərhələsində “Qarabağ” böyük ehtimalla səpələnməyəcək. Çünki mübarizəyə bu raunddan başlayacaq “Olimpiakos” (Yunanıstan, 42,000) və “Slaviya” (Çexiya, 27,500) daha yüksək əmsala malikdir.

Digər 4 səpələnmiş adına isə “Seltik”, “Astana”, “Lüdoqorets”, “Srvena Zvezda”, “Dinamo” iddia edir. Üstəlik, İsveçrə və Danimarkada da çempionun yüksək reytinqli olacağı gözlənilir. Bu isə o deməkdir ki, “Qarabağ”ın səpələnmiş olması üçün bu 7 çempiondan ən azı 4-ü 3-cü təsnifat mərhələsində çıxış etməməlidir. Qurban Qurbanovun komandası “Seltik”, “Astana”, “Lüdoqorets”, “Srvena Zvezda”, “Dinamo”nun məğlubiyyəti qane edir. Təmsilçimizə İsveçrə və Danimarkada ya aşağı reytinqlinin çempionluğu, ya da güclünün erkən məğlubiyyəti lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail