Peyman Babayi "Sumqayıt"dan ayrıldı

12.07.2020 | 5731 dəfə oxunub

Ölkəmizi ilk dəfə Avropa Liqasında təmsil edəcək “Sumqayıt”ın hücumçusu Peyman Babayi komandadan ayrılıb.

Bunu açıqlamasında İrandan olan, əslən azərbaycanlı futbolçu özü deyib.

Ötən ilin yanvar ayında İranın “Maşınsazi” klubundan 1.5 illiyə icarəyə götürülən hücumçu müqaviləsi başa çatdığı üçün geri dönüb.

25 yaşlı futbolçu əslində Avropa Liqasına vəsiqə qazanan “Sumqayıt”da qalmaq istədiyini, ancaq klubun "Maşınsazi"nin istədiyi məbləği ödəyə bilmədiyi üçün geri qayıtdığını qeyd edib: “Mən indi də istəyirəm ki, “Sumqayıt”da oynayım. Yaxşı baş məşqçimiz var idi. Ayxan Abbasov mənə çox kömək edib. “Sumqayıt”dan heç bir pislik görməmişəm. Biz bir ailə kimi olmuşuq. Əslində mənlik bir şey yoxdur. Avropa Liqasında “Sumqayıt”a köməklik etmək istəyirəm. Mən “Maşınsazi”ni razı saldım ki, “Sumqayıt”da qalım. Sadəcə, müqaviləmin uzadılması üçün “Maşınsazi”nin istədiyi məbləği “Sumqayıt” ödəyə bilmədi. Klublar arasında çoxlu danışıqlar olsa da, maddi tələblər ödənmədiyindən orada qalmağım alınmadı. Ona görə də hazırda Təbrizdəyəm. Ancaq qayıtmağı mən də istəyirəm".

Peyman Babayi 2019-2020 mövsümündə Premyer Liqamızda 8 qol vuraraq çempionatın şərikli bombardiri olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail