“Sumqayıt” Ayxan Abbasovla yeni müqavilə bağladı

14.07.2020 | 5378 dəfə oxunub

2020/2021 mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” ilk olaraq, baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis növbəti mövsümdə də komandanın sükanı arxasında olacaq.

A.Abbasov yeni müqavilə imzaladıqdan sonra bunları bildirib: “Ötən ilyarımda qazandığımız nəticələr bizi sevindirir. Lakin, bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən bir heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq”.

“Sumqayıt”  2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan kubokunun finalı və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail