Tahir Gözəl də ermənilərin Tovuzdakı təxribatındddan danışdı

16.07.2020 | 5375 dəfə oxunub

“Qarabağ”ın başqanı Tahir Gözəl son günlərdə Tovuz rayonunda erməni təxribatı nəticəsində şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaxınlarına isə başsağlığı verib. Kulubun saytına açıqlamasında o, bildirib:

“Iyulun 12-dən başlayaraq Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı başlamışdır. Lakin bu təxribata ordumuz düşmənin layiqli cavabını vermişdir və verməkdə də davam edir. Ordumuz tam ruh yüksəkliyi ilə düşmən qarşısında mərdanə dayanıb. Döyüşçülərimizin bu qəhrəmanlıqları bir zəfər kimi hər zaman yaddaşlarda qalacaq.

Bu döyüşlər nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik.

Biz də adını daşıdığımız klubun əhəmiyyətini yaxşı dərk edirik və bununla fəxr edirik. Hər zaman ilk məqsədimiz Qarabağ həqiqətlərini və erməni təxribatlarını dünyaya çatdırmaqdır. Və bu missiyanı davam etdirmək üçün hər zaman əlimizdən gələni edəcəyik. “Qarabağ”da bugün yaşıl meydanlarda bu həqiqəti aşılamaq üçün mücadilə aparır. Hər zaman dünyada sülhün bərqərar olması bizim ən böyük təmənnamızdı. İstənilən halda, biz dövlətimizə, prezidentimizə, ali baş komandamıza, ordumuza, xalqımıza güvənirik və yanındayıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail