Canni De Byazidən millinin futbolçularına müraciət

02.08.2020 | 14087 dəfə oxunub

Milli komandamızın yeni baş məşqçisi Canni De Byazi yığmamızın futbolçularına müraciət edib. Stadium.Az xəbər verir ki, italiyalı mütəxəssis sosial şəbəkə hesabındakı paylaşımında futbolçularla görüşünü səbirsizliklə gözlədiyini bildirib:

"Salam, uşaqlar. Artıq Millətlər Liqasının başlanmasına 34 gün qalır. Lakin hələ də tanış olmamışıq. Ona görə də sizinlə görüşü səbirsizliklə gözləyirəm. Çünki heyətlə bağlı qərarlar verməliyəm. Bu qərarlar isə sizdən asılıdır: sizin davranışınız, komandaya olan münasibətiniz, komanda üçün bütün çətinliklərə hazır olmağınız, həmçinin qürurla milli komandanı böyük zirvələrə aparmaq hissi".

De Byazi bir neçə gün əvvəl AFFA ilə rəsmi müqavilə imzalayıb. Yığmamız Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail