UEFA-nın tələbinə əsasən “Qarabağ”ın oyununa kimlər buraxılacaq?

15.08.2020 | 9902 dəfə oxunub

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Qarabağ” – “Sileks” (Şimali Makedoniya) matçının hansı qaydalarla keçiriləcəyi bəlli olub.

Ağdam klubunun mətbuat Nurlan İbrahimov açıqlamasında bildirib ki, UEFA ÇL də daxil olmaqla 2020/21 mövsüm avrokuboklar üçün 70 səhifəlik təlimat hazırlayıb. Bu, COVİD-19 pandemiyası ilə əlaqədardır.

Təlimata əsasən,  “Qarabağ” – “Sileks” matçına 48 saat qalmış soyunub-geyinmə otaqlarında və ora yaxın məsafədə olacaq şəxslər koronavirus testindən keçməlidirlər. Həmin şəxslərin kateqoriyasına hər iki komandanın məşqçi heyəti və futbolçuları, müəyyənləşdirilmiş qaydada texniki işçilər, top və xərəkdaşıyanlar, təmizlik işçiləri, mühafizə və tibb işçiləri, yayımçı şirkətin 2 əməkdaşı daxildir. 

Koronavirus aşkarlansa, qərar nə olacaq?

Əgər komandalardan hansısa birinin bir və ya daha artıq üzvündə koronavirus testi müsbət olarsa, bu halda UEFA hansı qərarı verəcək? N.İbrahimov bildirir ki, təlimata əsasən, koronavirusa yoluxan futbolçu(lar) dərhal təcrid olunacaqlar. Bir komandanın 13 futbolçusunun səhhətində hər hansı problem yoxdursa və meydana çıxa bilirsə, bu halda oyun baş tutacaq: “Say 13-dən az olacağı təqdirsə isə komandaya texniki məğlubiyyət veriləcək”.

Matç zamanı ehtiyat oyunçular arasında 2 metrlik sosial məsafə saxlanılacaq və onlar maskada olacaq. Baş məşqçi, hakimlər və meydan oyunçuları isə maska taxmayacaq.

Oyuna kimlər buraxılacaq?

Klub rəsmisinin sözlərinə görə, matç azarkeşlərsiz keçiriləcək. Amma oyuna klubun müəyyənləşdirdiyi sayda stüardlar (mühafizəçilər), məhdud sayda tibb və FHN işiçi, fotoqraflar və təbii ki, matçı işıqlandıracaq jurnalistlər buraxılacaq. Jurnalistlər də hökmən maska taxmalıdır. Onların oturacaqları arasında 2 metrlik sosial məsafə qoyulacaq.

Bundan başqa, görüşə hər iki klubun nümayəndələri, eləcə də oyuna təhkim olunmuş şəxslər (yerli federasiya nümayəndələri) buraxılacaqlar.

Bənzər qaydalar Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Sumqayıt” və “Keşlə”nin də matçlarında tətbiq olunacaq.

“Qarabağ” – “Sileks” oyunu avqustun 18-i, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail