Füzuli Məmmədov: "Bizim əsas problemimiz Namiqdə yox, orta sahədədir"

12.09.2020 | 4459 dəfə oxunub

 “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Tələb etdiyimiz istəyi oyunçularda görə bilmədim. Oyuna baxıb analiz edəcəyik. Qarşıda Avropa Liqası matçı var. Həmin görüşə qədər bütün səhvləri aradan qaldırmaq lazımdır.

- Futbolçularda sanki futbol oynamaq istəyi yox idi. Komandada hər şey qaydasındadır və Krivotsyukun psixoloji durumunda problem var?

- Xeyr, heç bir problemi yoxdur. Sadəcə, çox səhv edir. Komandada hər şey qaydasındadır. Problemlər topla səhvlərdir. Futbolçular daha çox qaçmalıdırlar. Daha çox əziyyət çəkən qalib gəlir. Yalnız keyfiyyət sayəsində qələbə qazanmaq mümkün deyil.

- Qarşıdakı rəqib "Qalatasaray"dır. Sizi dəhşət bürümür?

- Xeyr, heç nə bürümür, futboldur. Məğlubiyyət xoş deyil. Meydana qələbə üçün çıxmışdıq. Bütün tapşırıqlar da bu yöndə verilmişdi. Sadəcə müdafiə və orta sahədə bu qədər səhvlər qollara səbəb oldu. Heç bir vahimə yoxdur. "Qalatasaray"la oyunda da meydana qələbə üçün çıxacağıq.

- Yusuf Laval və Talisson daha yaxşı anlaşırdılar, nəinki sağ cinahda yer alan Namiq Ələsgərovla Cabir Əmirli...

- Namiq Ələsgərov bu gün istədiyimiz oyunu sərgiləmədi, bu üzdən fasilədən sonra əvəzlədim. Bizim əsas problemimiz Namiqdə yox, orta sahədədir.

- "Qalatasaray"la matç hansı səbəbdən Bakı Olimpiya Stadionuna keçirildi?

- Bunun səbəbi həm burdakı ot örtüyünün istədiyimiz səviyyədə olmaması, həm də oradakı örtüyün daha yaxşı olmasıdır. Başqa bir neçə səbəb də var.

- Düşünmürsünüz ki, bu gün taktiki planda daha çox geri qaldınız?

- Xeyr, belə düşünmürəm. Futbolçular çalışırdılar ki, verilən tapşırıqları yerinə yetirsinlər. Amma komanda şəklində bunu edə bilmirdilər.

- İkinci qolu buraxandan sonra 3 hücumçu ilə oynadınız. Amma Monroz mərkəz hücumçularının arxasında oynayırdı. Bu, sizin tapşırığınız idi?

- Bəli. Yusuf Laval top itkisi zamanı yarımmüdafiəyə kömək edirdi.

- Hücumda böyük əzəmət ortaya qoya bilmədiniz. Problem Mirabdulla Abbasovdadır?

- Əksinə, Mirabdulla əvvəlki matçlara nisbətən bu gün pis təsir bağışlamadı. Elə epizodlar oldu ki, hücuma şığıdı, amma ötürmə almadı. Bir epizodda zərbəni yaxşı vura bilmədi. Mirabdullanın əzmkarlığı məni sevindirdi. Onda əvvəl əzmkarlıq görmürdüm. Qarşıda da belə oynasa, əsas heyət oyunçusu ola bilər.

- Mamadu Mbodj əvəzlənərkən sizə etiraz etdi. Onu hansısa cərimə gözləyir?

- Mbodjla indi paltardəyişmə otağında danışdıq, səhvini qəbul etdi. Heç bir oyunçu baş məşqçinin qərarına etiraz etməməlidir. Onu da başa düşürəm. Hesabda geridə idik, belədə futbolçu əsəbi olur. Hansısa cəriməyə ehtiyac yoxdur. Yəqin ki, bir daha belə hal olmaz. Mbodj üç gün əvvəl məşq etmirdi, əzələsində problem var idi. Hətta meydana buraxmağa da ehtiyatlanırdım. Hazır olduğunu demişdi. 6-7 gün məşq etməmişdi, bəzi epizodlarda çatdırmırdı. Əvəzlədik ki, daha hazır olan Stankoviç oynasın.

- "Sumqayıt" son vaxtlar "Neftçi" üçün "solaxay" rəqibdir. "Sumqayıt"ı uda bilməyən "Neftçi" "Qalatasaray"la matça hazır ola bilərmi?

- Hələ vaxtımız var. Bu oyuna qələbə üçün çıxacağıq.

- "Qalatasaray"a da uduzsanız, komandada qalacaqsınız?

- Bu, bizim ilk məğlubiyyətimizdir. Bizim işimiz səhvlər üzərində işləməkdir. Hər şey rəhbərimizdən asılıdır. Rəhbərlik nə qərar versə, onu qəbul etməyə hazıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail