"Etdiyimiz kobud səhvlər məğlubiyyətə səbəb oldu"

18.09.2020 | 4431 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qalatasaray”la Bakıda keçirilən oyundan (1:3) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Oyuna çox ciddi hazırlaşmışdıq. Komandamız yaxşı konsentrasiya olmuşdu. Meydana qələbə üçün çıxmışdıq. Amma bu səviyyədə rəqiblər xırda səhvi də bağışlamırlar. Daha diqqətli oynamaq lazımdır. Komandamız çox əzmkarlıq göstərdi, qələbə qazanmaq üçün əziyyət çəkdi. Bu gün etdiyimiz kobud səhvlər məğlubiyyətə səbəb oldu. Artıq diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik.

- Oyunla bağlı planınızın olduğunu demişdiniz. Həmin plan nə idi?

- Rəqibin orta xətti çox güclüdür. Onlara daha yığcam oynamaq və səhvlərdən istifadə edib əks-hücum qurmaq istəyirdik. İlk yarıda 1-2 belə imkanımız oldu. Orta sahə oyunçuları özlərini kompakt hiss etmirdilər, çünki yığcam oynayırdıq. Düşünürəm ki, qurduğumuz plan rəqibin rahat oynamasına imkan verməmək idi. Bir əks-hücumdan da fərqlənə bilərdik. Bu gün uşaq səhvlərindən uduzduq. "Neftçi"də oynayan futbolçular belə uşaq səhvləri etməməlidir. Həyəcan ola bilər. İkinci hissədə qol vurduqdan dərhal sonra top buraxmaq üzücü oldu.

- İbara start heyətində yer almışdı. Onun oyunundan razı qaldınız?

- Bəli, tapşırığı maksimum yerinə yetirməyə çalışdı. Bir fürsəti də oldu ki, yararlansın, amma Samana ötürmə verdi. Bunu özünə də dedim. Fikrimcə, daha yaxşı oynayacaq.

- Uşaq səhvi edənlərdən biri Aqil Məmmədov idi. Səlahət Ağayevi niyə oynatmırsınız?

- Səlahətin dirsəyində zədəsi var, məşq etmir. Yaxın günlərdə kollektivə qoşulacaq.

- Monrozun oynamama səbəbi nə idi?

- Monroz "Sumqayıt"la görüşdə də sonradan meydana çıxmışdı. Zədəli idi. İynə ilə çıxış etmişdi. Bu həftə bizimlə məşq etməmişdi. Qərara aldıq ki, tam müayinə olsun. Həkimlərin dediyinə görə, tezliklə komandaya qoşulacaq.

- "Şkupi" və "Sumqayıt"la görüşlərdə daha kobud səhvlər var idi...

- Sizinlə razıyam. Bilisiniz necə səhvlər deyirəm? Əvvəl komanda müdafiəçilərə yaraşmayan səhvlər edirdi. Bu gün daha diqqətli oynamağı tapşırmışdıq. Bilirdik ki, top müdafiəçidə, qapıçıda olanda rəqib pressinq edəcək. Belə anda sadə oynamaq lazımdır. "Qalatasaray" dünyanın ən yaxşı pressinq edən komandasıdır. Aqil də, Emin də sadə oynamalı idi. Başa düşürəm, futbolçular topa nəzarət edib hücum qurmaq istəyirdilər. Amma belə komandalara qarşı çox dəqiq oynamalısan. Top səndən 1 metr uzaqlaşdısa, o artıq rəqibindir. Qalib gəlmək istəyiriksə, belə səhvlər etməməliyik. Buna da məcbur edən rəqibin keyfiyyəti idi.

- "Neftçi" bu mövsüm ən yaxşı oyununu keçirdi. Belə çıxır ki, komandada motivasiya çatmır?

- Doğrudur. "Şkupi" ilə oyunda motivasiyalı idik, sadəcə kobud səhvlər edirdik. "Qalatasaray"la matçda əvvəlki səhvləri təkrarlamadıq. Sadəcə, ötürmələrdə xırda səhvlər etdik. Bizi "Qarabağ"la çətin oyun gözləyir. Həmin görüşə də meydana qalib gəlmək üçün çıxacağıq.

- Yusuf Laval sanki bu gün daha yaxşı idi...

- Lavalın keyfiyyətlərini bura gəlməzdən əvvəl bilirdim. Həmçinin Sabirin, Talissonun, Renerin də. Lavalın fərdi keyfiyyətləri çox yaxşıdır. Sadəcə, bu futbolçulara bir az zaman lazımdır. Vaxt keçdikdə bu oyunçular da kollektivə tam uyğunlaşacaq. Pandemiya digər komandalar kimi, bizə də təsir etdi. Qarşıdakı oyunlara psixoloji cəhətdən hazır olmağa çalışacağıq.

- Bəzi epizodlarda futbolçular həddən artıq fərdi oynayırdılar. Bu sizin tapşırığınız idi?

- Emin oyun qurucusudur, hücumları qurmalı idi. Bunu bacarırdı. Sadəcə, ona da, digərlərinə də tapşırılmışdı ki, oyunu risksiz qurmaq lazımdır. "Qalatasaray" isə dünyada top səviyyədə olan komandadır. Qapıya yaxın mövqedəki səhvlər bağışlanılmır.

- "Sumqayıt"la görüşdə İbaranı sol cinaha çəkmişdiniz. Bu gün ikinci hücumçunu niyə mübarizəyə qoşmadınız?

- Prins çox yorulmuşdu və sarı vərəqəsi var idi. İkinci sarı almaq riski var idi. Yorğun halda meydanda qalması bir oyunçunu itirməyimiz anlamına gəlir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail