Ayxan Abbasov: "İnanırıq ki, get-gedə daha yaxşı olacaq"

20.09.2020 | 4346 dəfə oxunub

"Maraqlı oyun oldu. Rəqibin son 2 matçdakı performansı göz önündə idi. Biz isə sevinirik ki, ardıcıl ikinci qələbəni qazandıq".

Stadium.Az xəbər verir ki, bu sözləri  "Sumqayıt"in baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, hər oyuna uduzmamaq üçün çıxırlar:

"İnanırıq ki, get-gedə daha yaxşı olacaq və azarkeşlərimizi sevindirəcəyik. Hər dəfə komandama inandığımı deyirəm. Digər məqsədimiz gəncləri yetişdirərək, ölkə futboluna qazandırmaqdır. Heyətimizdə elə futbolçular var ki, nə zamansa şans versək, onlar oynayanlardan geri qalmayacaqlar".

Abbasov yeni transfer Cavid İmamverdiyevin tezliklə əvvəlki formasına düşəcəyini və yenə sumqayıtlı azarkeşlər tərəfindən seviləcəyini vurğulayıb. Onun sözlərinə görə, İmamverdiyev öz üzərində işləsə, milli komandaya yüksələ bilər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail