Visente Qomez: "İkinci hissədə isə əziyyət çəkən tərəf biz idik"

21.09.2020 | 4365 dəfə oxunub

"Oyundan çox razı qaldım. Birinci hissədə qol üçün fürsətlər oldu, rəqibə də imkan vermədik. İkinci yarıda "Zirə" matça bir az nəzarət etsə də, oyundan razıyam".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Visente Qomez Premyer Liqanın 3-cü turunda səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Avroliqaya vəsiqə üçün mübarizə aparacaqlarını bildirib: "Qələbə qazana bildik. İki fərqli hissə izlədik, ilk yarıda yaxşı oynadıq, ikinci hissədə isə əziyyət çəkən tərəf biz idik. Daha çox işləsək, Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik".

Qomes Təmkin Xəlilzadənin oyuna sonradan daxil olması barədə bunları söyləyib: "Oyunçuların bir həftədəki hazırlıqlarına baxaraq qərar verirəm. Ondan daha hazırlıqlı olanları var idi. Mənim üçün ehtiyat futbolçular skamyasında olanlar da önəmlidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail