Cavid Hüseynov: "Qəbələ"də az maaş alıram" - MÜSAHİBƏ

26.09.2020 | 4423 dəfə oxunub

"Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun "Report"a müsahibəsi:

- Premyer Liqanın ilk 3 turunda qələbə qazana bilmədiniz. Bunun səbəbini nədə görürsünüz? 

- Komandanın yaxşı oyun sərgilədiyini düşünürəm. Nəticələri yox oyunu götürsək, hər üç matçda yaxşı təsir bağışlamışıq. Qələbə qazandığımız oyunlar da olacaq. 

- İlk turda cəza səbəbindən oynamadınız. Son iki qarşılaşmada isə baş məşqçi sizə ikinci hissədə şans verdi. Yenidən "Qəbələ" forması ilə matça çıxmaq necə hissdir?

- Yenidən bu komandanın formasını geyindiyim üçün çox şadam. Həqiqətən çox gözəl hisslərdir. Mənim ikinci hissədə oyuna daxil olmağım isə baş məşqçinin qərarıdır. Özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. 

- "Qəbələ"dən "Zirə"yə keçməmişdən əvvəl komandanın kapitanı olmusunuz. Yenidən kapitan olmaq istəyiniz varmı?

- Kluba qayıdanda istər Anar Nəzirov, istərsə də Asif Məmmədov israrla kapitanlıq sarğısını mənim taxmağımı təklif etdilər. Lakin mən buna razı olmadım. Hər iki futbolçuya öz təşəkkürümü bildirirəm. 

- Niyə razı olmadınız? 

- Kapitanlıq sarğısını taxmamaq üçün şəxsi səbəblərim var, bunu açıqlamaq istəmirəm. 

- Yəqin ki, "Qəbələ"dəkı məvacibiniz "Zirə"dəkindən azdır. Karyeranızı doğma klubunuzda bitirmək fikriniz varmı? 

- Əlbəttə burada nisbətən az maaş alıram. Karyeramı da "Qəbələ"də bitirmək niyyətindəyəm, lakin bu, məndən asılı olan bir şey deyil.   

- Artıq 32 yaşınız var, daha neçə il futbol oynamaq barədə düşünürsünüz?

- Hələ ki bu barədə dəqiq bir söz deyə bilməyəcəyəm. Sağlamlığım icazə versə, hələ 2-3 il futbol oynamağı planlaşdırıram. 

- Premyer Liqanın IV turunda səfərdə "Neftçi" ilə qarşılaşacaqsınız. Bu matçda hansı nəticəyə ümid edə bilərsiniz?

- Rəqibdə əhval-ruhiyyə yüksək səviyyədədir. Çünki ötən turda "Qarabağ"ı məğlub ediblər. Komandamız hər oyuna necə hazırlaşıbsa, buna da eyni qaydada hazırlaşır. Meydana yaxşı nəticə qazanmaq üçün çıxacağıq və bunun üçün əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail