Monteneqronun 3 futbolçusu millimizlə oyunu buraxacaq

14.10.2020 | 4308 dəfə oxunub

Millətlər Liqasının 5-ci turunda yığmamızın qonağı olacaq Monteneqro millisi oyuna itkilərlə çıxacaq. Stadium.Az xəbər verir ki, rəqibin üç futbolçusu sözügedən görüşü buraxacaq.

Buna səbəb futbolçuların ötən gün Lüksemburqla matçda cəzalı duruma düşmələridir. Evdə 1:2 hesabı ilə uduzan Monteneqronun iki oyunçusu qırmızı, biri isə sarı vərəqə alaraq cəzalı duruma düşüb.
Müdafiəçi Marko Simiç ikinci sarı vərəqə ilə meydanı tərk edibsə, hücumçu Marko Yankoviçin birbaşa qırmızı vərəqə alaraq cəzalanıb. Digər müdafiəçi Momçilo Raspopoviç isə turnirdə ikinci sarı vərəqəni alıb.

Azərbaycan – Monteneqro oyunu noyabrın 14-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail