UEFA Avrokuboklar üçün mükafat fondunu azaldacaq

20.10.2020 | 3976 dəfə oxunub

UEFA rəhbərliyi Çempionlar Liqası və Avropa Liqasında iştirak qarşılığında klublara verilən mükafatların qarşıdakı 5 mövsümdə azaltmağı qərara alıb. 

Stadium.Az xəbər verir ki, bu barədə "The Times" nəşri əldə etdiyi UEFA-nın məktubunun mətninə əsasən xəbər yayıb.

Əsas səbəb kimi ötən avrokubok mövsümündə koronavirus pandemiyası ilə əlaqədar gəlirlərin azalması göstərilib. UEFA 2019/2020 mövsümündə teleyayım və sponsorluq müqavilələri hüququnun satışından 566 milyon ABŞ dollarınadək itirib. Qitə futbol təşkilatı təxirə salınmış matçların möhlətinə görə yayımçı şirkətlərə və sponsorlara kompensasiya ödəməli olub.

Digər səbəb isə pley-off oyunlarının sayında azalmadır. Çempionlar Liqası və Avropa Liqasında 1/4 finaldan etibarən bütün qarşılaşmalar iki yox, bir oyunluq formatda keçib. Avropa Liqasında da 1/8 final cütlərindən 2-də bir qarşılaşma oynanılıb.

Çempionlar Liqasında 2020/2021 mövsümünün qrup mərhələsi oktyabrın 20-də, Avropa Liqasında isə oktyabrın 22-də başlayacaq. Azərbaycanı Avropa Liqasının qrup mərhələsində "Qarabağ" təmsil edəcək. Çempionlar Liqasında pley-off istisna olmaqla, təsnifat mərhələlərinin hamısı bir matçdan ibarət olub. Qrup və pley-off mərhələlərinin isə ənənəvi formatda təşkili nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail