"Bu gün ilk dəfə özümüzü düşünmədən ona səmimi qəlbdən uğurlar dilədim"

25.10.2020 | 3930 dəfə oxunub

"Maraqlı oyun alındı. Xüsusilə də ikinci hissə daha gərgin keçdi. Azlıqda qalandan sonra da temp düşmədi. Hər iki komanda istəkli idi. Komandamdan razı qaldım. Yorğunluq yox idi. Rəşada uğurlar arzu edirəm. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq. Başqa yolumuz yoxdur. Futbolçularımızı həm çempionat, həm də avrokubok matçlarına kökləməliyik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, zədəlilərin durumuna yaxın günlərdə aydınlıq gələcəyini bildirib: "Mahir Emreli oynaya bilər, amma start heyətdə meydana çıxması çətindir. Bədavi isə sual altındadır. Hələ komandaya qoşulmayıb. Fərdi qaydada məşq edir. Sabah ümumi durumuna baxacağıq. Maksim komanda ilə 2 məşq etmişdi. Çox yorulmuşdu. Ona görə bu gün əsas heyətdə oynamadı".

Rəşad Sadıqovla duel barədə danışan baş məşqçi bunları deyib: "Rəşadla məşqlərdə rəqib olmuşuq. Səmimi olmağa çalışıram. Hər baş məşqçiyə oyundan əvvəl və sonra uğurlar arzu edirəm. Amma matçdan əvvəl bir az bu hisslər fərqli olur. Bu gün ilk dəfə özümüzü düşünmədən ona səmimi qəlbdən uğurlar dilədim".

Qurbanovun sözlərinə görə, bütün komandalar onları yaxından tanıyır: "Matçın gedişində fərqli hücumlar qurduq. İkinci hissədə Zubiri meydana buraxmaqla fərqli taktika seçdik. Bəzi məşqçilər qarşı bunu edirik. Hər iki komandanın qol epizodları oldu. Əvvəl də burada oynamışıq, amma asan olmayıb".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail