Qurban Qurbanov: "Sadəcə, futbolçularla birlikdə rəqibin matçlarına baxıb analiz etmişik"

27.10.2020 | 4185 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun İspaniya "Vilyarreal"ı ilə Türkiyənin istanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək oyunu öncəsi Heydər Əliyev Aeroportunda jurnalistlərin suallarını cavablandırıb:

- Qrupun favoriti ilə oyuna yollanırsınız. Komandada ümumi vəziyyət necədir? Qarşıdakı matçdan nə gözləyirsiniz?

- Oyuna hazırlaşmağa elə çox vaxtımız yoxdur. Sadəcə, futbolçularla birlikdə rəqibin matçlarına baxıb analiz etmişik. Sabah və oyun günü səhər məşqimiz olacaq. Heyətlə bağlı müəyyən problemlərimiz var. Bəzi futbolçularımızın oynayıb-oynamamaq məsələsi sual altındadır. Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedevin ayağında ağrılar var. Dünən məşqi yarımçıq tərk etdi. Bu gün də məşqə çıxmayıb. Mahir Emreli komanda ilə cəmi 2-3 məşq edib. 100 faiz əsas heyətdə olmayacaq. Son durumuna sabahkı məşqdən sonra aydınlıq gələcək. Rəqibin adı, oynadığı çempionat fərqli olsa da, baş məşqçi amili böyük önəm daşıyır. Hamımız bilirik ki, Unai Emeri fərqli mütəxəssisdir. Tələbkar baş məşqçidir. Komandasının sürətli futbol oynamasını istəyir. Yaxşı rəqibdir. Düzgün oyun qurmağa, mübarizə aparmağa və özümüzü evdəki kimi hiss etməyə çalışacağıq.

- Emeri İngiltərə "Arsenal"ını çalışdırarkən onunla üz-üzə gəlmişdiniz. Bu komandalar arasında oyun üslubu baxımından oxşarlıq varmı?

- "Arsenal"da fərqli futbola üstünlük verirdi. 5 müdafiəçi ilə oynayırdı. İndi isə "Valensiya"dakı vaxtlarını xatırladır. "Vilyarreal"ın heyətində həddindən artıq sürətli futbolçular var. Öz oyununa görə La Liqada liderlər sırasındadır. Deyəsən, son matçdakı heç-heçədən sonra ilk pilləni əldən verdilər. Emeri öz ölkəsində daha inamlı futbola üstünlük verir.

- Düzdür, Türkiyə qardaş ölkədir. Amma "Qarabağ" bu mövsüm qrup mərhələsinin bütün oyunlarını səfərdə keçirəcək. Bu, nəticəyə təsir edəcəkmi?

- Düzdür, belə bir fikir var. Ardıcıl səfərdə oynamaq olar. Amma bu zaman görüşlər arasında 12-14 gün fasilə olur. Bu müddətdə futbolçular daha yaxşı adaptasiya olurlar, öz formalarını tez bərpa edirlər. Amma futbolçularımız indi nə çempionat, nə də avrokubok oyunlarına adaptasiya dönəmini keçə bilir. Az məşq edə bilərsən. Amma iki gün burada iki gün havada, iki gün get-gəl... Tez-tez iqlimi dəyişmək orqanizm üçün problemdir. Hər bir halda öz evimizdə oynayacağıq. Özümüzü evdəki kimi hiss edəcəyik. Türkiyədə oynamaq bizim üçün əlavə motivasiyadır.

- Müharibəyə görə oyunu səfərdə keçirmək komandaya psixoloji baxımdan necə təsir edir?

- Təbii ki, bizim üçün çətindir. Amma bütün oyunları səfərdə keçirməyə razıyam, təki, torpaqlarımız qayıtsın. Ümid edirəm ki, yaxın vaxtla öz evimizdə oynayarıq. Bakıda yox, Qarabağda oyun keçirərik. Bunun üçün hər şeydən keçməyə hazırıq.

- Sabah "Başakşehir" öz meydanında Çempionlar Liqası oyununa çıxacaq. Məşq proqramınız necə olacaq?

- "Başakşehir" rəhbərliyi bizi çox isti qarşıladı. Hər iki məşqimiz klubun bazasında olacaq. Əsas stadiona sadəcə, matç üçün gedəcəyik.

- Bədavi Hüseynovla Maksim Medvedvin problemləri var. Rahil Məmmədov müdafiənin mərkəzində oynamağa nə dərəcədə hazırdır?

- Əgər ikisi də oynamasa, başqa variantımız olmayacaq. Rahil “Zirə” ilə görüşdə heç də pis təsir bağışlamadı. Düşünürəm ki, belə görüşlərdə daha ciddi və məsuliyyətli olacaq. Rahil peşəkar insandır, inanıram ki, özünü doğruldacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail