"Barselona"nın prezidenti istefa verdi

28.10.2020 | 3604 dəfə oxunub

"Barselona" prezidenti Josep Maria Bartomeu vəzifəsindən istefa verib. Stadium.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb.

O, bu qərarını idarə heyətinin üzvləri ilə iclasından sonra açıqlayıb. İspaniya mətbuatı istefa səbəbinin zəif nəticələr və klubun iqtisadi vəziyyəti olduğunu yazıb.

Bundan əvvəl Bartomeu, klub üzvləri tərəfindən etimadsızlıq qərarı almışdı. Prezident referendumu gözləməmək qərarına gəlib və istefa verib.

Bartomeu 2014-cü ildən Kataloniya təmsilçisinin prezidenti idi. O, dünən vəzifəsindən istefa verməyəcəyini açıqlamışdı.

O, istefası haqqında bunları deyib: 

“Tito Vilanovanın ölümündən sonra Sandro Rosellin haqsız yerə həbs olunmasını da gördük. Bəzi media orqanları bizi həddindən çox və sərt tənqid etdilər. İndi istəyirəm ki, “Barselona”nın yeni səhifəsi açılsın. Sağ-salamat qalın. Yeni prezidentə hər şeyin ən yaxşısını diləyirəm və “Barsa”nı uzaqdan görmək istəyirəm. Dünyanın ən yaxşı klubu olan “Barselona”nın gələcəyi ilə bağlı qərarı klub üzvləri verir. Direktorlar şurasının niyyəti “Barselona”nı dünyanın ən hörmətli və sevilən klubuna çevirmək idi. Biz bu hədəfə çatmaqdan da artığını etdik.

Ölkə və klub üçün ən çətin vaxtlardan birində “Barselona”nı idarə etməli idik. Biz həmişə qərarlar qəbul edərkən hüquqların və söz azadlığının qorunmasını dəstəkləyirdik”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail