Rüfət Dadaşov: "ABŞ-də işlərim əla gedir"

28.10.2020 | 3693 dəfə oxunub

Azərbayan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ-ın “Finiks Rayzinq” klubundakı durumundan danışıb. Stadium.Az xəbər verir ki, o, Almaniyanın “Bild” nəşrinə açıqlamasında yeni komandasına və ölkəyə tam uyğunlaşdığını bildirib:

“ABŞ-də işlərim əla gedir. İnsanlar və komanda yoldaşlarım həqiqətən mehriban və qayğıkeşdirlər. Dil və ünsiyyət artıq mənim üçün problem deyil. Laura və mən özümüzü tamamilə rahat hiss edirik”.

29 yaşlı forvard bildirib ki, Milli Futbol Liqasında 2019/2020 mövsümü başa çatdığı üçün Almaniyaya qayıdacaq: “Əvvəlcə tətilə çıxacağıq. Bir ildir görmədiyimiz ailəmizi və yaxınlarımızı ziyarət etmək üçün Berlinə gedəcəyik”.

Klubu ilə 2021-ci ilin noyabrınadək müqaviləsi olan Dadaşov sabiq komandası olan Almaniya “Proyssen”indən danışıb: “Komandada nə baş verdiyindən xəbərsizəm. Amma onları yenidən 3-cü Bundesliqada görməkdən şad olaram”.

Rüfətin komandası ötən mövsümün qalibi olub. O isə 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail