Benzema Messi və Ronaldonun rekordunu təkrarladı

28.10.2020 | 4030 dəfə oxunub

Çempionlar Liqasının qrup mərhələsində “Borussiya”(Mönhenqladbax) ilə matç (2:2) “Real”ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub.

Stadium.Az xəbər verir ki, 32 yaşlı hücumçu görüşün 87-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Beləliklə, Almaniya təmsilçisi Benzemanın bu turnirdə qol vurduğu 30-cu komanda olub.

Fransalı oyunçu bu nəticə ilə "Yuventus"un futbolçusu Kriştiano Ronaldo və "Barselona"nın kapitanı Lionel Messinin uğurunu təkrarlayıb. 

B qrupunun turnir cədvəlinə 4 xalla “Şaxtyor” başçılıq edir. “Borussiya” 2 xalla 2-ci dir. Eyni xalı olan “İnter” 3-cü pillədə qərarlaşıb. Aktivinə yalnız 1 xal yazdırmağı bacaran “Real” isə sonuncudur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail