Xayme Romero: “Qarabağ” bu münaqişənin getdiyi bölgənin adıdır"

28.10.2020 | 3799 dəfə oxunub

“Qarabağ”ın  futbolçusu Xayme Romero Azərbaycandakı vəziyyət və Qarabağ münaqişəsi haqda danışıb. Stadium.Az “Holenews”a istinadən xəbər verir ki, ölkənin təhlükəsiz olduğunu bildirən 30 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la qarşılaşacaqları matçın da əhəmiyyətli olduğunu deyib: 

“Qarabağ” bu münaqişənin getdiyi bölgənin adıdır. Baş məşqçi bizə ölkəni və həmin bölgəni təmsil etidiyimizi tamamilə açıq şəkildə izah edib.

Yalnız axşam saat 9-dan sonra küçəyə çıxmaq qadağandır. Arada bir fərq görmürük, təhlükə də yoxdur. Məni burada təsirləndirən şey isə vətəndaşların azərbaycanlı olduqları üçün qürur duymalarıdır. Avrokuboklarda oynamaq müharibə vəziyyətindəki ölkə üçün vacibdir.

Komandaya çox tez uyğunlaşdım. "Qarabağ" ardıcıl 8 ildir ki, Avrokubokların qrup mərhələsində oynayır. Bakı isə möhtəşəm şəhərdir. Koronavirus pandemiyası başlamazdan əvvəl valideynlərim və dostlarım buranı mütəmadi ziyarət edirdi. “Qarabağ”da xoşbəxtəm".

Düşünürəm ki, matçın neytral meydanda, Türkiyədə keçirilməsi bizə ziyan verdi. Qarşılaşma əvvəllər heç vaxt oynamadığımız stadionda olacaq. "Vilyarreal" qrupun favoritidir. Bizim üçün çətin olacaq. Rəqibin böyük heyəti və yüksək səviyyəli oyunçuları var. Matça qələbə üçün çıxacağıq. Ancaq məğlub da ola bilərik.

Oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" matçı Bakı vaxtı ilə 21:50-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail