Qurban Qurbanov: "Əvvəllər bu, bizdə alınmırdı"

22.11.2020 | 4069 dəfə oxunub

"Vacib oyun idi. Liderə qarşı oynayırdıq. Bizi  yalnız qələbə liderliyə yüksəldə bilərdi. Şükürlər olsun, hər şey istədiyimiz kimi alındı. Futbolçularımı təbrik edirəm. Xüsusilə oyun nizam-intizamından razı qaldım".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının X turunda evdə "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
48 yaşlı mütəxəssis ardıcıl 3-cü oyunda böyükhesablı qələbə qazanmalarını bu cür şərh edib:

"Futbolda belə oyunlar olur. Ola bilər, futbolçulardan daha çox hücum etməyi və qol vurmağı tələb edirik. Əvvəllər bu, bizdə alınmırdı. Getdikcə futbolçularımdan daha çoxunu tələb edəcəyəm. Hazırkı vəziyyəti qorumalıyıq"
 
Zədəlilərin durumuna da toxunan Qurbanov bunları deyib:

"Onların növbəti oyunda forma geyinmək şansları yoxdur. Bədavi çata bilər, o da dəqiq deyil. Rahillə Maksim ölkə xaricindədir. Yalnız test nəticələrindən sonra qayıda bilərlər. Rahildə yaxşılaşma var. Maksimdə isə simptomlar davam edir. Bir az gözləməliyik. Abbas və Patrik bu ayın sonunadək oynamayacaq. Ozobiç isə zədə səbəbindən meydana çıxa bilməyəcək".
 
Qurbanov Ağdamın işğaldan azad olunması barədə də danışıb:

"Bütün xalqımı təbrik edirəm. Ağdam rəsmən bizə qayıtdı. Artıq qaçqın komandası yoxdur. Yenidən orada oynayacaq, oradakı hissləri yaşayacağıq. Bizə bu günləri yaşadan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra xalqımız daha da birləşəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail