Yunis Hüseynov: "Qışda bizdə də dəyişiklik olacaq"

22.11.2020 | 4421 dəfə oxunub

"Azərbaycan xalqını torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edirəm. "Zirə" ilə oyun maraqlı alındı. Bura qələbə üçün gəlmişdik. Normal oyun alındı".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 10-cu turunda səfərdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis komandasının hücum xəttindən razı qalmadığını bildirib: "İki oyunçumuz xəstələnmişdi. Hücuma meyilli oyunçulardan ikisi zədəli idi. Sağ və sol müdafiəçilər yarımmüdafiə mövqeyində çıxış edirdilər. Komandamdan narazı deyiləm. Bu gün ikinci hissədə pis təsir bağışlamadıq. Öz səhvlərimizdən qollar buraxdıq".

Hüseynov qışda hücumçu almaq niyyətində olduqlarını vurğulayıb: "Qışda bizdə də dəyişiklik olacaq. Çalışacağıq ki, hücum xəttini gücləndirək. Qol vurmaqda çətinlik çəkirik".

Baş məşqçi paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollinin oyunu ilə bağlı isə bunu deyib: "O, topla oynayan futbolçudur. Top onda olanda təhlükə yarada bilir. Bu gün onun oyunundan narazı qalmadım. Onu başa düşən futbolçu olsa, hər şey daha yaxşı olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail