Qurban Qurbanov: "Çox dəyişiklik olmayacaq"

26.11.2020 | 4366 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu, hər iki komanda üçün çox vacib bir oyundur. Xallarımız yoxdur, qələbə qazanmaq istəyirik. Əvvəlki matçda "Sivasspor"un gücünü gördük. Oyuna yaxşı hazırlaşmışıq, sadəcə, itkilərimiz var. Beş oyunçu oynaya bilməyəcək. Hər halda qələbə qazanmağa çalışacağıq. Qardaşıq, amma meydanda hər komanda qazanmaq istəyir. Oyunçularıma inanıram. 

- Komandanız meydana azad olunmuş Ağdam təmsilçisi kimi çıxacaq. Bu, komanda üçün nə dərəcədə vacibdir?

- Bundan əvvəl də hər oyun xüsusi idi, böyük məsuliyyət var idi. Bütün rəqiblərə qarşı xarakter göstərməyə çalışırq, bütün Qarabağı ləyaqətlə təmsil etməyə çalışmışıq. İndi daha yüksək motivasiyamız var. Torpaqlarımız azad edildi, Ağdamın azadlığı komandaya təsir edəcək. Biz artıq qaçqın komandası deyilik. Özümüzü yaxşı hiss edirik. Ancaq narahatlıqlar var: yüksək əhval-ruhiyyə komandaya mənfi təsir göstərə bilər. Ali Baş Komandanımıza təşəkkür edirəm. Türkiyə başda olmaqla bizə dəstək olan bütün ölkələrə təşəkkür edirəm.

- Heyətdəki itkilərlə bağlı nə deyə bilərsiniz?

- 13 meydan oyunçumuz və 3 qapıçımız var. "Sivasspor"un baş məşqçisinin açıqlamalarını oxudum. Yaxşı oyunçulara sahibdirlər. Müdafiədə problemlərimiz var. Müdafiəçilərimiz etibarlı oynamalıdırlar.

- "Sumqayıt"la matçdakı heyəti sabah meydanda görə bilərik? 

- Çox dəyişiklik olmayacaq. Kəlbəcərin azad edilməsindən danışmaq istərdim. Uzun illər klubun kapitanı olmuş Rəşad Sadıqov bu bölgəmizdəndir. O, mənim dostum, qardaşımdır və uzun illər onun  nələr hiss etdiyini bilirdim. İstəyərdim, Rəşadın yanında olum və onu ürəkdən qucaqlayım. Bütün kəlbəcərliləri və Azərbaycan xalqını bu günə görə təbrik edirəm.

Oyunçulara gəlincə, Romero hazırdır, amma çoxdandır oynamır. "Sumqayıt" a qarşı da az oynadı. Bəzi futbolçular 90 dəqiqənin hamısını oynamağa hazır deyil.

- Ağdamdakı "İmarət" stadionunun hazırkı vəziyyəti ilə bağlı videoya baxmısınız?

- Yeni bir stadion tikmək üçün vaxt lazımdır.

- Ağdamı ziyarət etmək istəyirsiniz?

- Planlarımız var. Bəlkə də bu şənbə getdik. Bu məsələyə dövlət qurumları qərar verir. Biz cavab gözləyirik. İnanıram ki, Ağdama gedə bilərik. Məscidi, "İmarət" stadionunu və Allahverdi Bağırovun (Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ"ın keçmiş futbolçusu və baş məşqçisi - red.) məzarını ziyarət edəcəyik.

- Yəqin Dieqo Maradonanın öldüyünü eşitdiniz ...

- Bu, böyük bir itkidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail