Elmar Baxşıyev: "Fərdi səhvlərə görə xalsız qalırıq"

30.11.2020 | 4348 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XI turunun “Sumqayıt” – “Qəbələ” matçından (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevfikirlərini bildirib.

Stadium.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis qələbəni belə şərh edib:

“Müəyyən səbəblərə görə oyuna çox ciddi itkilərlə çıxmışdıq. Çətin olacağını bilirdik. Oyun öncəsi  də gənclərə inandığımızı futbolçulara demişdik. Gənc oyunçulara şans versək, onların özlərini doğruldacağına inanırdıq. Komanda şəklində yaxşı və məzmunlu oyun göstərib qalib gəldik. Qol imkanlarından yararlanmamağın üzərində daim işləyirik. Məşq prosesi və oyun fərqli olur. Futbolçular matç zamanı stress altında qərar verir. Həmin epizodları yaratmaq da güc, qüvvə tələb edir. Mən istədiyim komandanı, məşqlərdə üzərində çalışdığımız elementləri meydanda da görürəm. Komanda uduzanda oyun planında iradım olmur, fərdi səhvlərə görə xalsız qalırıq. Getdikcə həmin epizodlara daha yaxşı konsentrasiya ilə yanaşıb imkanları dəyərləndirəcəyik.

Rüfət Əhmədov U-21 millinin üzvüdü, akademiyamızın yetirməsidi. İyulda bizə qoşulub. Ona inanıb gətirmişik. Gənc oyunçunu tədricən əsas komandaya uyğunlaşdırmaq lazımdı. O, gələcəkdə əsas milliyə qədər yüksələ bilər. Onda bu potensial var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail