"Qarabağ" - "Qəbələ": STATİSTİKA

01.03.2021 | 3727 dəfə oxunub

Gələn həftə Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək. Martın 2-də start götürəcək turun ilk günündə meydana çıxacaq “Qəbələ” son ölkə çempionu “Qarabağ”la qarşılaşacaq.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, görüş Bakıdakı “Azersun Arena”da təşkil olunacaq.

Bu iki komanda arasında 60-cı matç olacaq. Yubiley dueli ərəfəsində rəqiblər 59 dəfə üz-üzə gəlib. İndiyədək 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 görüşdə heç-heçə edib. Digər 28 matçda Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran futbolçular öz qapısından 82 top buraxıb.

“Qəbələ” Premyer Liqada 48 dəfə “Qarabağ”la qarşılaşıb. Digər 11 matç ölkə kubokuna təsadüf edib. Çempionatdakı matçlarda 10 dəfə üç xal qazanan “qırmızı-qaralar” 14 dəfə bir xalla kifayətlənib. Digər 24 görüşdə “Qarabağ” qalib gəlib. Bu oyunlarda komanda 42 top vurub və 68-ni buraxıb.

“Qəbələ” tarixində 30-cu dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 9 heç-heçə edib və 16 dəfə uduzub. Səfərdə 21 qolu olan futbolçular 46 top buraxıb.

Martın 2-də “Azersun Arena”da keçiriləcək matç saat 18:15-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail