Qurban Qurbanov: "Belə məğlubiyyətlər hər mövsüm olub"

02.03.2021 | 3846 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qəbələ"yə qarşı görüşdən (3:0) sonra  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyun haqda danışıb: 

- Baxmayaraq ki, "Qəbələ" ilk hissədən sonra hesabda 3 top fərqi ilə geridə idi, öz yaxşı oyununu sona qədər qoruyub saxladı. Elmar Baxşıyevin komandasına uğurlar arzu edirəm.

Futbolçular çox istəkli idilər. Uşaqlara oyundan sonra razılığımı bildirdim. Bizim bol qollu oyunlarımız olur, amma bəzən qol vurmağa çətinlik çəkirik. Bu da rəqiblərin bizə qarşı daha diqqətli olması deməkdir. İndi fikrimizi qarşıdakı oyunlara kökləyirik.

- "Neftçi"yə məğlubiyyətdən sonra komandada dirçəliş hiss olunur. Sizə elə gəlmirmi ki, o məğlubiyyət komandanı yuxudan oyatdı?

- Bəzən belə oyunlar müsbət bəhrələr verir. Amma" Neftçi"yə kimi umumi məhsuldarlığımız pis deyildi. Komanda yanvar ayından sonra çox istəkli idi. Derbilərdə düşünmədiyin epizodlar olur. Ola bilsin psixoloji təsiri var idi, amma mövsümün sonunda biləcəyik ki, faydası olacaq, ya yox. Belə məğlubiyyətlər hər mövsüm olub. Sadəcə, bu məğlubiyyətdən düzgün nəticə qazanmaq lazımdır. Sırf deyə bilmərəm ki, onun təsiri olub, ya yox.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail