Rəşad Sadıqov bərabərliyə sevindi

03.04.2021 | 3337 dəfə oxunub

"Komandama təşəkkür edirəm. Bir çox problemə rəğmən sonadək mübarizə apardıq". 

Stadium.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının  21-ci turunda səfərdə "Səbail"lə qolsuz heç-heçə etdikləri oyunundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, ilk hissədə komandasının üstünlüyü daha çox görünürdü: "Fasilədən sonra isə təşəbbüs sıra ilə hər komandada oldu. Bir xala üzülmürük, bunu qənaətbəxş hesab edirəm".

Sadıqov futbolçularına göstərilən sarı vərəqələr barədə danışmaq istəmədiyini bildirib: "Həmin epizodlarda biz də etiraz etdik. Amma şərh vermək istəmirəm". Baş məşqçi gənc müdafiəçi Cəlal Hüseynovun çıxışına toxunub: "Onun oyunu bizi sevindirir. Bu mövsümdə yetərincə şans qazanıb. Mövqeyi səhv etməyə imkan vermir. Çalışıram ki, daha da inkişaf etsin".

Sadıqovun sözlərinə görə, daha keyfiyyətli futbol oynamaq üçün yaxşı futbolçular lazımdır:  "Futbolçu özü yetişmir, onları yetişdirmək lazımdır. 90 dəqiqə yüksək tempdə oynamaq üçün pillə-pillə gəlmək lazımdır. Futbolçu 60 dəqiqədən sonra yorulubsa, bu, iki səbəbdən ola bilər: ya fiziki cəhətdən zəifdir, ya da  məşqdə yüklənib. Meydanda gördüyünüz 90 dəqiqə son mərhələdir. Hesab edirəm ki, mütəxəssislərimizin əlində daha geniş imkan olsa, daha böyük işlər görə bilərlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail