"Fərqli Şeydayev görəcəksiniz"

05.04.2021 | 3345 dəfə oxunub

"Ağır qələbə oldu, komandada bu qələbəyə inam yox idi. Yeni ildən bu yana qələbə qazanmırdıq. Bu gün komanda ruhunu gördük". 

Stadium.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 21-ci turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

- Gəlişinizdən sonra nəyi dəyişə bildiniz?

- Milli komandalara  gedən 8 futbolçumuz komandada yox idi ki, bu məqam özü çətinlik yaratdı. Komandada əsas özünəinamı yaratmağa çalışdıq. Sanki sonuncu yerlə barışmışdıq. Əsasən məşqlərdə bəzi dəyişikliklər etdik, psixoloji cəhətdən dəyişikliklər oldu. 3 gün ərzində nəyisə dəyişmək asan deyil.

- Rəhbərlik sizin qarşınıza hansı hədəfi qoyub?

- Rəhbərlik qarşıma heç bir hədəf qoymayıb. Çünki burdakı taleyim sual altındadır. Sadəcə bu uğurlar mənim üçün də müsbətdir. Rəhbərlik hədəf belə qoymasa, bu heyətlə özümüz nəsə edə bilərik.

- "Sabah" avrokuboklara düşə bilər?

- 2-3 qələbə qazansaq niyə də olmasın?

- Ramil Şeydayevi bu mövsüm əsasən ehtiyatda görürdük. Qısa zaman kəsiyində necə oldu ki, əsas heyət üzvü oldu?

- Şeydayev potensiallı və keyfiyyətli futbolçudur. Sadəcə olaraq bəzən futbolçu zəif çıxış edir. Ramilə inam lazım idi. Bu gün vurduğu qoldan sonra da daha əmin deyə bilərəm ki, fərqli Şeydayev görəcəksiniz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail