Dünyanın ən bahalı klubları - Lider dəyişdi

13.04.2021 | 3376 dəfə oxunub

"Forbes" jurnalı dünyanın ən bahalı klublarının reytinqini dərc edib. Stadium.Az xəbər verir ki, siyahıya tarixində ilk dəfə İspaniya "Barselona"sı başçılıq edir.

Kataloniya klubunun qiyməti 4,76 milyard ABŞ dollardır. İkinci yeri 4,75 milyard dollar dəyərə malik "Real"  tutur. "Kral klubu" kommersiya gəliri baxımından liderliyini qoruyub. 2019-2020-ci illərdə paytaxt təmsilçisi reklam və sponsorlardan 424 milyon dollar gəlir əldə edib.

"Barselona"da bu göstərici 377 milyon dollar olub. 275 milyon dollar isə yayımlardan gəlib. Bu, bütün klublar arasında ən yüksək göstəricidir.

Son 16 ildə siyahıda birinci yeri 11 dəfə İngiltərə "Mançester Yunayted"i və 5 dəfə "Real Madrid" tutub.

Yeni siyahıda üçüncü pillədə 4,215 milyard dollar qiymətə malik Almaniya "Bavariya"sı qərarlaşıb.

İlk "10-luq"da İngiltərənin 6 klubu - "Mançester Yunayted" (4,2 milyard dollar), "Liverpul" (4,1 milyard dollar), "Mançester Siti" (4 milyard dollar), "Çelsi" (3,2 milyard dollar), "Arsenal" (2,8 milyard dollar) və "Tottenhem" (2,3 milyard dollar) ilə yanaşı, Fransa PSJ-si (2,5 milyard dollar) də yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail