Dino Ndlovu "Qarabağ"a qayıdır? - Çin klubu ilə müqaviləni ləğv etdi

15.04.2021 | 3866 dəfə oxunub

“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu Çinin “Çjetsyan Qrintaun” klubu ilə müqaviləni ləğv edib. Stadium.Az xəbər verir ki, bu barədə Cənubi afrikalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bildirib.

O, Covid-19 pandemiyasına görə Çinə qayıda bilmədiyinə görə belə addım atdıqlarını söyləyib. 31 yaşlı oyunçunun müqaviləsi bu ilin iyununda başa çatmalı idi.

Ndlovu bildirib ki, hazırda azad agent statusu daşıyır: “Mən daha Çinə qayıtmayacağam. Hazırda sərbəstəm və agentimdən gələcəkdə mənim razılığımla nə kimi addım atacağımız barədə xəbər gözləyirəm”.

Bir müddət əvvəl Ndlovunun “Qarabağ”a qayıda biləcəyinə dair xəbərlər yayılsa da, baş məşqçi Qurban Qurbanov hazırda bu məsələnin gündəlikdə olmadığını bildirib: "Dinonu çox istəyirik. "Qarabağ"ın bir parçası olub, böyük uğurlarda onun payı var. Hazırda Dino ilə bağlı belə bir məsələ yoxdur. Yanvar ayında sadəcə epizodik danışıq olmuşdu, təklif olunmuşdu. Amma klubu ilə müqaviləsi var. Yəni aramızda ciddi bir danışıq olmayıb".

Ndlovu özü isə Azərbaycan mətbuatına “Qarabağ”da oynamaq istədiyini gizlətməyib: “Mən artıq bildirmişəm ki, “Qarabağ”ı sevirəm, mənim üçün yad komanda deyil. Yayda təklif olsa, “Qarabağ”a qayıdarammı? Əgər onlar məni qaytarmaq istəyirlərsə, məni harada tapacaqlarını bilirlər”.

Dino 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib. Müqavilənin ləğv olunmasından sonra tərəflərin yenidən danışıqlara başlayacağı istisna edilmir. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail