Türkiyə cüdoçusu Avropa çempionu oldu

18.04.2021 | 4357 dəfə oxunub

Türkiyə cüdoçusu Vedat Albayrak Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Stadium.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı finalda Mattias Kasseyə qızıl xal bölümündə qalib gəlib. Bu, həm də "ay-ulduzlular"ın ilk medalı olub.

Vedat Albayrakın əsl adı Vano Revazişvilidir. O, 2 mart 1993-cü ildə Qazaxıstanın Kokçetav şəhərində gürcü ailəsində doğulub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Yunanıstanı Roman Mustopulos adı ilə təmsil edib. 2017-ci ildən Türkiyə yığmasında Vedat Albayrak adı ilə mübarizə aparır.

Albayrak 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında bürünc medal qazanıb. Avropa çempionatındakı ilk görüşündə isə o, azərbaycanlı cüdoçu Murad Fətiyevi yenib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail