Azərbaycan cüdoçusu: "Tokioya yalnız qızıl medal üçün gedəcəyəm" - MÜSAHİBƏ

18.04.2021 | 4577 dəfə oxunub

90 kq çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyevin müsahibəsini təqdim ediriik:

- Federasiya koronavirusa yoluxduğunuzu açıqlayıb. Hazırda özünüzü necə hiss edirsiniz, vəziyyətiniz necədir?

- Federasiya yoluxma ilə bağlı xəbər yayanda mən artıq sağalmışdım. Yarışdan öncə karantin rejimindən çıxmışdım. Məşqçilər heyəti ilə danışdıq, məsləhət gördülər ki, Avropa çempionatına yollanmayım. Bu yarışdan daha üstün olan olimpiadaya hazırlaşıram.

- Avropa çempionatını buraxmağınızda koronavirusa yoluxmanın heç bir təsiri yoxdur?

- Xeyr, mən o vaxtadək sağalmışdım. Sadəcə dedilər ki, bu xəstəliyin fəsadları ola, immunitetim zəifləyə bilər. Məşqlərə davam edib, olimpiadaya hazırlaşmağımı məsləhət gördülər.

- Artıq koronavirusdan tam sağaldığınızı demək olar?

- Mənim 2 həftəlik karantin dövrüm 10 gün bundan əvvəl bitib. Çoxdan sağalmışam.

- Sizdən əvvəl Davud Məmmədsoy və Rüstəm Orucov koronavirusa yoluxmuşdu. Necə düşünürsünüz, yığma üzvləri arasında infeksiya necə yayılıb?

- Rüstəmlə mən eyni vaxtda yoluxmuşam. Davudun testi isə bizdən sonra müsbət çıxıb. Virusun necə yayıldığını bilmirəm. Bəlkə, adi vaxtlarda məsuliyyətsiz yanaşmışıq, kimdənsə keçib. Heç Davudun yoluxmasından xəbərim yox idi. Həmin vaxt karantində olmuşam.

- Sizin çəkinizdə rəqabətin olmaması beynəlxalq yarışlarda titul qazanmağınıza mane olurmu?

- Mən 2016 - 2019-cu illərdə rəqabət şəraitində çıxış etmişəm. Tural Səfquliyev, Rüfət İsmayılov kimi güclü rəqiblərim olub. Onlar mənimlə rəqabət aparıb. Sadəcə reytinqdə öndə olduğum üçün bu idmançılar bir az geri qalıblar. Hər ikisi güclü idmançıdır. Olimpiadaya mənim gedəcəyim təsidqləndikdən sonra bu çəkidə tək qalmışam.

- Biz də onu nəzərdə tutaraq belə sual verirdik ki, öz çəkinizdə tək qalmağınız sizdə arxayınlıq yaratmır?

- Xeyr, mənim üçün bunun heç bir fərqi yoxdur. Tək də olsam, 5 nəfərlə də rəqabət aparsam, məşqlərimi davam etdirir, məşqçilərin tapşırıqlarını yerinə yetirirəm.

- Bəs niyə yarışlarda qızıl medalınız olmur?

- Azərbaycanda elə idmançı varmı ki, gedib bütün yarışlarda qalib olsun?

- Bütün yarışlarda olmasa da, bəzilərində qızıl medal qazanırlar. Ayrı-ayrı çəki dərəcələrində Orxan Səfərov, Rüstəm Orucov və Zelim Kotsoyevi misal göstərə bilərik...

- Mən pandemiya dövründə 4 yarışın 3-də yer tutmuşam. Fikrimcə, sabit çıxış edirəm. Demək olar ki, bütün turnirlərdən medalla qayıdıram. Bu, mənim üçün normal nəticədir. Qızıl medala gəlincə, digər ölkə təmsilçiləri ilə rəqabət böyük olduğundan, çətinlik çəkirəm. Daşkənddəki Böyük Dəbilqədə 3-cü yerə çıxdım. Orada mənə qarşı hakimlər tərəfindən necə haqsızlıq olduğunu bilənlər var. Rəqib özbək olduğu üçün onun lehinə qərarlar verildi.

- Tokio olimpiadasınadək hansısa yarışda iştirak edəcəksiniz, yoxsa dincəlmək istəyirsiniz?

- İştirak edəcəyəm. 5 - 7 mayda Rusiyanın Kazan şəhərində Böyük Dəbilqə, 6 - 13 iyunda isə Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatı olacaq. Məşqlərimi edirəm. Özümü yaxşı hiss etsəm, məşqçilər icazə versələr, həmin yarışlarda iştirak edəcəyəm.

- Olimpiadada sizdən hansı nəticəni gözləyə bilərik?

- Məmmədəli Mehdiyev Tokioya yalnız qızıl medal dalınca gedəcək. Orada nə baş verəcək, Allah kərimdir.

- Öz çəkinizdə ən güclü rəqib hesab etdiyiniz cüdoçu kimdir?

- Güclü rəqiblərim Avropa idmançılarıdır. Ən çətini isə rusiyalı ikiqat Avropa çempionu Mixail İqolnikovdur. Onunla görüşəndə çox əziyyət çəkirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail