"Mançester Yunayted" Sulşeri göndərir

21.11.2021 | 3943 dəfə oxunub

"Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşeri istefaya göndərəcəyi dəqiqləşib. Stadium.Az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib. 

O, klub sahibi Coel Qleyzerin Sulşerin qovulmasına razılıq verdiyini bildirib. Norveçli mütəxəssislə qarşılıqlı razılıq əsasında yolların ayrılması ilə bağlı rəsmi açıqlama artıq hazırdır.

Bildirilib ki, “Mançester Yunayted”in texniki direktoru Darren Fletçer və məşqçi Maykl Karrik Sulşerin əvəzləyicisi tapılanadək komandaya müvəqqəti rəhbərlik edəcək.

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 12-ci turunda "Uotford"a 1:4 hesabı ilə uduzub. "Qırmızı şeytanlar" hazırda 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail