Jurnalist Yuri Syominə şeir yazdı

25.03.2014 | 8348 dəfə oxunub

Həmkarımız Səxavət Qurbanov "Qəbələ"nin baş məşqçisi Yuri Syominə şeir həsr edib. Stadium.az bu şeri təqim edir:

Azarkeşə səbr et deyir

Keçir küncdə vurur, yeyir

Ona deyin xallar gedir

Nə vaxt olacaq qurtarış?

Mənə "Qəbələ"dən danış

***

Bu il evdə yox qələbə.

Qələbəsizlik düşür dəbə.

Xallar da pul deyil səpə.

Nə vaxt olacaq sıçrayış?

Mənə "Qəbələ"dən danış.

*** 

Rəqibin hər zəfərindən,

Qohumunun şəkərindən,

Kırımın dərd-qəhərindən,

Boş danışma, bir az çalış.

Mənə "Qəbələ"dən danış.

*** 

Avroliqa həyəcanı.

Hamı gözləyir o anı.

Xallar gələcəkdi, hanı?

Bacarmırsan, sən gəl barış.

Mənə "Qəbələ"dən danış

***

Pullar gedir, nəticə yox.

Məğlubiyyət sayı isə çox.

Maaşın da çox, qarnın da tox.

Rəhbərliyi üzmə, danış.

Qəbələdən yox, "Qəbələ"dən danış.

Səxavət QURBANOV

(İdmanxeber.com)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail