AFFA övladlarımıza zülm edir - YAZI

18.05.2014 | 8142 dəfə oxunub

Premyer Liqada mövsümün başa çatdığı bir vaxtda aşağı yaş qrupları arasında respublika birinciliyinin qızğın vaxtıdır. AFFA-nın təşkilatçılığı ilə keçirilən bu yarışlarda bir neçə yaş qrupu üzrə mübarizə artıq başa çatıb. Məsələn, 12 yaşlı futbolçuların (Atena U-12 liqası) yarışında finaldaNeftçini məğlub edənQəbələçempion olub. 11 yaşlıların çempionatında isə artıq yarımfinalçılar bəllidir. Bu gün keçiriləcək yarımfinal oyunlarından sonra mayın 22- çempionluğu müəyyənləşdirəcək finalçıların adı məlum olacaq. Bu yazıda yarışların gedişatı ilə deyil, təşkilati işlər diqqətimizdən yayınmayan nöqsanlardan bəhs edəcəyik.

Əvvəlcə qısaca olaraq yarışların keçirilmə formatı haqqında. Reqlamentə əsasən çempionat 6 region üzrə təşkil edilirCənub, Şimal, Mərkəz, Qərb-Gəncə, Şimal-Qərb Qarabağ nəhayət paytaxt. Hər regionda komandaların sayları müxtəlifdir müəyyən olunmuş yerləri tutanlar final mərhələsinə vəsiqə qazanırlar. Məsələn, U-11 liqasında final mərhələsində 16 komanda iştirak edir. Onlardan 5-i paytaxtı, qalanları isə regionları təmsil edirlər. Final mərhələsinin bütün oyunları Bakıda təşkil olunur ki, bu da başadüşüləndir. Lakin oyunların təkcə Mərdəkanda baş tutmasını anlamaq çətindir. Eyni gündə bir stadionda bir neçə oyunun ardıcıl təşkili bir qədər basabasa səbəb olur. Bayıl qəsəbəsində yerləşən stadiondan da istifadə ediləcəyi təqdirdə bu basabasın qarşısı bir qədər alınmış olardı. Digər tərəfdənDalğadəniz kənarında yerləşdiyindən çox vaxt orada güclü külək müşahidə olunur. Bu da balacaların bacardıqlarını ortaya qomasına əngəl yaradır. Üstəlik, oyunların keçirildiyi meydançanın kənarında azarkeşlər üçün yer var, düz-əməlli çəkiliş aparmaq olmur. Çəkiliş demişkən, final mərhələsinin oyunları başlayana kimi AFFA bütün yaş qrupları üzrə birinciliklərin final oyununun televiziyalardan birində canlı yayımlanacağı barədə söz vermişdi. Bu yaxınlarda 13 yaşlıların finalı keçirildi oyunun başlama vaxtında bütün kanalları ələk-vələk etsək , futbolaoxşar bir şey tapmadıq. 13 yaşlıların çempionatınaCoca-colasponsorluq edir birincilikCoca-cola U-13” adlanır. Görəsən, kifayət qədər müştərisi olan bu şirkətin bapbalaca bir final oyununu televiziya vasitəsilə yayımlamağa pulumu çatmır? Əslində, çatır şirkət həmin pulu AFFA-nın hesabına bəlkə çoxdan köçürüb. Sponsor kimi. Sadəcə, AFFA-dakılar bu işədırnaqarasımünasibət bəslədilər. Mətləbdən uzaq düşsək , bu da nöqsan kimi qeyd olunmalıdır. Bəlkə, insafa gəldilər, qalan finalları canlı yayımladılar.

Bütün bunlar bir yana, ən böyük problem təhsillə bağlıdır. Bayaq da qeyd etdiyimiz kimi, yarışlar aprelin son həftəsində start götürüb mayın axırında başa çatacaq. müddət ərzində orta məktəblərdə illik imtahanlar götürülür. Lap, imtahanlar olmasa belə, uşaqlar ən azı 1 həftə dərslərdən yayınmalı olurlar. Doğrudur, bizə yerli futbolçu lazımdır. Atalar demişkən, könlü balıq istəyənin quyruğu suda gərək. Amma... Vəziyyəti bir qədər ətraflı izah edək. Elə götürək yenə U-11 liqasını. Final mərhələsində 16 komanda var ki, onlardan da 11-i bayaq qeyd etdiyimiz kimi bölgələri təmsil edir. Hər komandada orta hesabla 15 futbolçunun olduğunu nəzərə alsaq, bu, 240 nəfər edir. Deməli, 240 şagird dərsdən yayınır. Üstəlik U-11 liqasının oyunları elə bir vaxta təsadüf edir ki, həmin vaxt məktəblərdə şagirdlərdən summativ imtahanlar götürülür. Valideynlər inciməsinlər, 240 uşaqdan gələcəkdə 5-6- yaxşı futbolçu olsa, böyük uğurdur. Amma 240 şagirdin heç olmasa 30-40 faizi savadlı vətəndaş kimi yetişə bilər. Olmazdımı, final mərhələsinin oyunları Novruz bayramında keçirilsin? Həm şagirdlər tətilə buraxılmışdılar, günləri olmadığından həm valideynlərə rahat olardı, həm havalar sərin idi. Hava demişkən, oyunların bəziləri günorta saat 1- keçirilir – 30-35 dərəcə istidə. Oyunların keçirildiyi meydança süni örtüklü olduğundan isə, yerdən elə bil od qaynayır. Uşaqlara yazığınız gəlmir? Mərdəkanda saat 11-dən sonra böyüklər günün altında birtəhər olurlar, o da qalsın 11-12 yaşlı uşaq. Bunlar haqda AFFA rəsmilərinə iradlarımızı bildirəndə maraqlı arqument gətirdilər. Məsələn, yarışların keçirilməsi departamentinin rəhbəri Yusif Vəliyev final mərhələsinin Novruz bayramı günlərində təşkilinin onlara problem yaratdığını bildirdi. Həmin vaxt valideynlər tətili müxtəlif yerlərdə keçirdiklərindən uşaqları bir yerə yığmaq çətin olur. Valideynlər övladlarının futbolçu kimi yetişməsini istəyirlərsə, tətildən ola bilərlər. Bayaq dedik axı, könlü balıq istəyənin...

Başqa bir rəsmi şəxs isə daha gülməli fikir söylədi. Adını açıqlamaq istəmirik, sonra gülüş hədəfinə çevrilər – “əgər final mərhələsini Novruz bayramında keçirsək, aprel-may aylarında boşluq olcaq Bu da bizə sərf etmir”. Niyə boşluq olur ki, azından hansısa mini-turnir təşkil etmək olar. Məsələn, Heydər Əliyevin doğum günü münasibətilə. ya pley-off sistemi ilə respublika kuboku təşkil etmək mümkündür. Həm siz boş qalmazsınız, həm uşaqlar dərslərindən olmazlar.

Başqa bir anormal məqamyarışların keçirildiyi təqvimə fikir versək, oyunlar həftənin günlərinə salınıb. Nadir hallarda şənbə bazar günləri uşaqlar futbol oynayır. Yenə bir misal gətirək, U-13 liqasında yarışlar aprelin 28- başlayıbhəftənin bazar ertəsi günü. Qrup mərhələsinin oyunları mayın 1-, yəni cümə axşamı başa çatıb. Ertəsi gün 1/4 final oyunları olubyenə günü. Təkcə yarımfinal oyunları bazar günü təşkil olunub. 3- yer final oyunu da dərs gününə təsadüf edibmayın 12-i 13-ə. Yaxşı ki, vaxtında edilən etirazlar bəhrəsini verdi. U-11 liqasında cümə gününə nəzərdə tutulmuş oyunlar dünən keçirildi. Heç olmasa, paytaxtda yaşayan uşaqlar bir gün düz-əməlli dərsə gedə bildilər.

Övladlarımıza futbol lazımdırmı? Lazımdır. Amma futboldan əvvəl savad, təhsil, sağlamlıqları vacibdir. Cavabdeh şəxslər arada bir az da uşaqları fikirləşsələr, ümumiyyətlə fikirləşsələr, əla olar.

Het-trik news



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail